AQTA-da ticarət şəbəkələri nümayəndələri ilə görüş keçirilib
29 Avqust 2022 17:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd ölkədə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ticarət şəbəkəsi nümayəndələrinin məlumatlandırılması, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.
Görüşdə diqqətə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Pərakəndə ticarət şəbəkələrinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətini təkmilləşdirməli və qida məhsullarının təhlükəsiz satışını təmin etməlidirlər.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov sahibkarlara əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində Agentliyin gördüyü işlər barədə ətraflı məlumat verib. Əsasən qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, agentlik bu sahədəki fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamı əsasında qurur. Həmin sərəncama uyğun olaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə həm Bakı şəhərində, həm də respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reydlər keçirilir.
Sədr müavini bildirib ki, ticarət şəbəkələrinin ölkədə heyvan kəsimi və ət satışı ilə bağlı qurulan yeni sistemə qoşulması qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Belə şəbəkələrin üzərinə düşən əsas məsələlərdən biri də tədarük edilən ət və ət məhsullarının müvafiq sənədlərlə müşayiət olunmasıdır ki, həmin sənədləri də elektron qaydada əldə etmək mümkündür.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılov isə bildirib ki, ikitərəfli əməkdaşlığa əsaslanan müasir qida təhlükəsizliyi sistemin qurulmasında effektli bazar gücü hesab olunur iri marketlər şəbəkəsi ilə əməkdaşlığın əhəmiyyəti böyükdür.
Tədbirdə iri ticarət şəbəkələrində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsi, istifadə müddəti bitmiş məhsulların satışdan kənarlaşdırılması, enerji içkilərinin düzgün marakalanması və digər məsələlərə də toxunulub.
Görüşdə ticarət şəbəkəsi nümayəndələrinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş