AQTA-da Ukraynanın ölkəmizdəki səfirinin müşaviri ilə görüş keçirilib
27 İyul 2023 09:23

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ukraynanın ölkəmizdəki səfirinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klinçenko ilə görüş olub.
Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə qonağa ətraflı məlumat verilib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı
Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində 2025-ci il 3-7 mart tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Ağdaş, Şəki, Zaqatala rayonlarında fəaliyyət göstərən 23 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

İdxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlandı
“MEDAY” MMC-nin Türkiyədən idxal etdiyi “Vitamin Qrup İlaç Makine Kozmetik Bitkisel Ve Tarım Ürünleri Gıda Turizm Ltd Şti.” müəssisəsinin istehsalı olan 3840 qutu “Herbalfarma Medexsper, Kapsul N30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (25.04.2024-25.04.2027-ci il istehsal tarixli, 240425 partiya nömrəli) partiyasından AQTA əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsulun tərkibində Vitamin E və Sink Qlükonatın miqdarının normativlərə uyğun olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
