AQTA dönər alarkən diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlayıb
22 May 2024 11:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda hazırlanan dönər ətinin istehlakı zamanı diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda qeyd olunur ki, hər bir istehlakçı dönərxanalarda ümumi, lakin hər kəsin bilməsi vacib olan məqamlara diqqət etməklə ilkin qiymətləndirmə apara bilər. Buraya ilk növbədə, dönər satılan obyektdə sanitar-gigiyenik qaydalar, eləcə də dönər hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməsi aiddir.
Diqqət edilməsi vacib olan digər məqam isə dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperatur şəraiti və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması yolverilməzdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və bişmiş məhsullar üçün olan avadanlıqlar da (kəsici alətlər-bıçaq, istifadə olunan qablar) ayrılmalıdır. Ət və ya quş əti baytarlıq nəzarətindən keçmiş olmalıdır.
Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin ətin, əsas inqrediyentlərdən olan dönər çörəyi və ya lavaşının təzə olub-olmaması, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət edilməlidir. İstifadə olunan tərəvəzlərin (pomidor, xiyar, göyərtilər) təmiz yuyulması da vacib şərtdir. Hazırlanmış dönər 2 saat ərzində istehlak edilməlidir. İsti aylarda isə bu müddət 1 saata kimi qısalır.
Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda, “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.
Videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş