AQTA əhalini zoonoz xəstəliklərlə bağlı diqqətli olmağa çağırır
2 Mart 2021 16:59
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, ötən ilin yanvar ayından etibarən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb. Respublikamızın ərazisini yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə AQTA tərəfindən zəruri tədbirlər həyata keçirilib, eyni zamanda əhaliyə diqqətli olmaq, ölmüş və ya şübhəli quş cəsədləri gördükdə bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə məlumat vermələri ilə bağlı dəfələrlə müraciət olunub.
Bununla bağlı olaraq vətəndaşlar tərəfindən bu sahədə aktivlik nümayiş etdirilib və Agentliyə müxtəlif regionlarda, o cümlədən Bakı şəhəri ərazisində çöl və vəhşi quşların (qarğa, göyərçin, sərçə və s.) ölümü ilə əlaqədar müraciətlər daxil olub. Müraciət daxil olduqdan dərhal sonra AQTA və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən sözügedən ərazilərə baxış keçirilib. Quş cəsədlərindən götürülən nümunələr AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib və quşların ölümünün müxtəlif səbəblərdən (havaların kəskin soyuması, fizioloji ölüm, qarışıq infeksiyalar və s.) baş verdiyi müəyyən edilib.
Çöl və vəhşi quşların ölüm səbəbləri arasında qarışıq infeksiyaların olması, həmçinin hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyinin yayılmasını nəzərə alaraq, AQTA növbəti dəfə əhalini diqqətli olmağa, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat verməyə çağırır.
Bildirilir ki, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırıb. Vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:
- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş