AQTA əməkdaşları daha 154 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
5 İyul 2020 14:52
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 04 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44 ictimai iaşə obyekti, 110 ərzaq satışı mağazası olmaqla ümumilikdə 154 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 69-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Viola”, “111”, “24 saat”, “Market 2”, “Min Bərəkət”, “Kənan”, “Bərəkət”, “Zahidoğlu”, “24 saat” marketlər, Əliyev Əfrail Rəfael oğluna, Rəsulova Elnarə Kamil qızına, Rəsulov İlkin Nadir oğluna, Rəsulova Nərgiz Elxan qızına, Hüseynova Günay Valeh oğluna, Əliyev Əliabbas Seyfulla oğluna, Aslanov İntiqam Allahverdi oğluna, İsmayılova Kəmalə Kamil qızına məxsus ərzaq mağazaları
Digər rayon və şəhərlər üzrə:
Quba rayonunda Ağarəhimli Anar Akif oğluna, Yəhyayeva Zərifə Mkayıl qızına, Hacıyev Emil Eldar oğluna, Məlikov Elmar Baba oğluna, Ələkbərov İsmayıl Rafiq oğluna məxsus kafelər, İsgəndərov Cabir Musa oğluna və Aslanov Qurban Şirin oğluna məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda “Bizim market”, “Qala”, “Bizim market 2”, “Bol”, “Şirvan”, “Karvan” ərzaq mağazaları, Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana
Kürdəmir rayonunda “Bığ” restoranı və “Mübariz” yeməkxanası
Şamaxı rayonunda “Aqşin” kafe, “Qoşqar” və “ Səid” ərzaq mağazaları
Ağsu rayonunda “3 oğlan”, “Fədək”, “Yeni məkan” kafeləri, Məmmədov Faiq Əşrəf oğluna, Həsənov Teymur Fəzail oğluna, Məcidov Rafiq Ağasəlim oğluna məxsus kafelər (6 kafenin də fəaliyyətləri məhdudlaşdırılmışdır), “Oba” market
Salyan rayonunda Əliyev Yasin Vahid oğluna məxsus market
Şirvan şəhərində Əsədov İltifat Əbilhəsənoğlu oğluna və Şirəliyev Ramil Gülasim oğluna məxsus ərzaq mağazaları
Ağdam rayonunda Əliyev Əliş Alış oğluna, Bayramov Orxan Məhəmməd oğluna, Sadıqov Yaqub İldırım oğluna və İbrahimov Şəmsəddin Abdulla oğluna məxsus kafelər, Mustafayev Şakir Famil oğluna, Mehralıyev Zakir Qaraş oğluna və İsayev Bayram Gülşad oğluna məxsus ərzaq mağazaları
Bərdə rayonunda “Akvarium” dönərxana, Sadıqov İlqar İbrahim oğluna, Həsənov Adil İsmayıl oğluna və Cabbarov Naib Şahin oğluna məxsus ərzaq mağazaları
Lənkəran şəhərində Vahabov Səlim Fazil oğluna məxsus “Şürük” və İsmayılov Samir Niftulla oğluna məxsus “Eti” ərzaq mağazaları
Goranboy rayonunda Tanrıverdiyeva Gültən Elxan qızına məxsus “Gül” market
Gəncə şəhərində Qəhrəmanova Kəmalə Siyavuş qızına, Qasımov Tərlan Mustafa oğluna, Səməndərov Süleyman Şahin oğluna, Balayeva Aynurə Rəhim qızına məxsus ərzaq mağazaları
Ağstafa rayonunda Novruzov Niyazi Fərhad oğluna məxsus kafe, “Samovar”, “Nəsiboğlu” və “Dostluq” kafeləri və ərzaq məhsullarının satışı bazarı
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş