AQTA əməkdaşları daha 182 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
19 İyul 2020 14:06
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 18 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 33 ictimai iaşə obyekti, 149 ərzaq satışı mağazası olmaqla ümumilikdə 182 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Nizami”, “İslam”, “Şəki”, “Santi”, “24/7”, “Sənan” marketlər, Rzayev Namiq Mahir oğluna, Bağışov Salaməddin İmanəli oğluna, İsmayılova Nailə Məhəmməd qızına, Heydərova Yeganə Əlibayram qızına, Babayev Valeh Şahhüseyn oğluna, Hüseynov Tural Ramiz oğluna, Babayev Rəşad Mətləb oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Qusar rayonunda Sevzixanov İsmixan Saleh oğluna, Talıbov Talıb İdris oğluna, Mahmudov Ramin Fazil oğluna, Kübərov İlham Yunus oğluna məxsus kafelər
Şamaxı rayonunda Gülməmmədov Novruz Şöhlət oğluna, Şahpoladov Şahmar Yapon oğluna, Dəmirov Fəqayət Nüsrət oğluna, Nəcəfov Zabit Maqsud oğluna, Məmmədov Zəfər Şahnəzər oğluna və Baxışov Rəşad Arazxan oğluna məxsus restoranlar
İsmayıllı rayonunda “Qoşa bulaq”, “434”, “Azad”, “Final” marketlər, Ağayev Fərid Aydın oğluna məxsus market, Ağayev Elşən Məhəbbət oğluna, İsgəndərov Orxan Elxan oğluna məxsus kafelər, “Xəzri”, “Qaranohur”, “VİP”, “Palıdlı”, “Göl” kafelər, Adıgözəlov Murad İlham oğluna məxsus ət satışı mağazası, “Ləzzət” şirniyyat mağazası və “Qızıldərə” restoranı
Salyan rayonunda Qəhrəmanov Azik Aslan oğluna məxsus kafe
Saatlı rayonunda İbadov Mahir Tahir oğluna, İbadov Müşfiq İbad oğluna, İmanov İlham Həbib oğluna məxsus ərzaq mağazaları
Neftçala rayonunda Mustafayev İbrahim İsrafil oğluna məxsus market, Mustafayev Azər Əvəz oğluna məxsus kafe
Sabirabad rayonunda Nuriyev Vəfadar Qulamhüseyn oğluna məxsus kafe, Qurbanov Tarverdi Ağaxan oğluna məxsus ərzaq mağazası
Yevlax rayonunda “Neptun”, “Çinar”, “Gəl-gəl”, “Tural”, “Vasif”, “Üç qardaş”, “Sevda”, “1001” marketlər və Hüseynov Mikayıl İsmayıl oğluna məxsus market
Lənkəran rayonunda Muradov Bəxtiyar Qurban oğluna və Məmmədov Fuad Rəfail oğluna məxsus marketlər
Gəncə şəhərində “Yeni”, “Rza”, “Nəbi”, “Zəhmət” marketlər, Həsənov Sahib Duman oğluna, Rzayev Elvin Nofəl oğluna və Hacıyev Sərxan İvan oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda Əliyev Xəyal Camal oğluna məxsus çörək sexi, “Düyərli”, “Taleh”, “Dədə bala”, “Volqoqrad”, “Rəşid”, “Məzahir” kafeləri
Tovuz rayonunda “Azəri” kafe
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş