AQTA əməkdaşları daha 193 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
26 İyul 2020 12:03
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 25 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Qold”, “Yaşar”, “24 saat”, “Pirəsura”, “Nur”, “Ata bala”, “Halal” marketlər, Seyidov Rəşad Rövşən oğluna, Quliyev Rəhman Surxay oğluna, Qasımov Tamerlan Süleyman oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Şabran rayonunda İsmayılova Zöhrə Əmirağa qızına, Şahkərəmova Məlahət Hüseyağa qızına, Cavadov Ramiz Abbasxan oğluna, Həsənov Nizami Həsən oğluna məxsus kafelər
Göyçay rayonunda “Mansard”, “VİP club” kafelər, Həsənov Anar İntizam oğluna, Əsgərov Elçin Elşad oğluna, Məhərrəmov Natiq Aydın oğluna, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafelər, Vəliyev Fazil Tahir oğluna, Abışov Fərid Asif oğluna, Adıgözəlov Şahin İsrayil oğluna, Vəlixanov Azad Feyzulla oğluna məxsus ət satışı mağazaları
Ağsu rayonunda Lətifov Miri Lətif oğluna məxsus kafe
Şamaxı rayonunda “Anar”, “Şamaxı”, “Savalan”, “Sərin sahil”, “Bənövşə” restoranları, “Qaya”, “Göylər” kafelər, “Novruz” və “Cənnət məkan” yeməkxanaları
Neftçala rayonunda Əsədov Şahin Habil oğluna məxsus market, Məmmədov Rauf Nazim oğluna məxsus kafe
Salyan rayonunda Nəcəfov Yolçu Qurban oğluna məxsus ərzaq mağazası
Şirvan şəhərində Mütəllimov Əsgər Əsgər oğluna məxsus kafe, Əliyev Xəyal Atabala oğluna və Ağayev Elşən Zülfi oğluna məxsus marketlər
Sabirabad rayonunda Həşimov Mirasim Mirvəli oğluna məxsus ərzaq mağazası
Mingəçevir şəhərində “Ömər”, “Yusif”, “Fərhad” marketlər, Qasımov Azər Şahid oğluna, Məlikov Nizami Feruz oğluna, Əliyeva Xatirə Muxan qızına, Mürşüdova Sevinc Əşrəf qızına, Fərruxov Ramin İdris oğluna məxsus ərzaq mağazaları
Lənkəran şəhərində Axundov İlqar Əlişirvan oğluna, Abbasov Seymur Mehman oğluna, Əbilov İslam Ağakişi oğluna, Kazımov Malik Abbas oğluna məxsus ət satışı mağazaları, “Araz” və “Nicat” kafelər
Gəncə şəhərində “Davud”, “Ozan”, “Füruzə”, “Xanımın dükkanı” marketlər
Tovuz rayonunda “Bahar”, “Su səsi”, “Anar” kafelər, “Sədaqət”, “Tayfun”, “Yaşıl” və “Yaşar” marketlər
Gədəbəy rayonunda “Dönər evi”, “Şəhzadə”, “Qaya” kafelər, “Dadaş”, “Gədəbəy”, “Saratovka” ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş