AQTA əməkdaşları daha 210 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
9 Avqust 2020 18:05
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 08 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 54 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 52-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Bayramoğlu”, “Göyçə”, “Retro”, “Bizim ailə” marketlər, Babayev Şahin Ramazan oğluna, Əliyev Tofiq Şəmil oğluna, Quliyev Vüsal Məhəmməd oğluna, İsmayılov Nemət Binyət oğluna, Hüseynov Vüqar Saleh oğluna, Məhərrəmova Sevin Abduləhəd qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayolar üzrə:
Şirvan şəhərində Əliyev Müşfiq Mahir oğluna, Abbaszadə Mirmövsüm Seyidhüseyn oğluna məxsus kafelər, Hüseynov Əlisevər Həmzə oğluna məxsus restoran
Sabirabad rayonunda “Lahmacun” kafe, Sultanov Musa Muğan oğluna məxsus kafe, Seyidov Əziz Əzim oğluna məxsus restoran
Saatlı rayonunda Pənahov Babək Novruzəli oğluna və Əşrəfov Uğur Rasim oğluna məxsus restoranlar, Meybullayev İdavət Məmmədağa oğluna, Kərimov Aydın Nəcəfalı oğluna, Hüseynov Teymur Eldar oğluna, Əzizov Mirhəbib Mirqanı oğluna məxsus kafelər
Hacıqabul rayonunda Cəfərov Nizami Mirzəxan oğluna məxsus kafe, Məmmədov Mübariz Azər oğluna, Rüstəmov Mikayıl İsmayıl oğluna, Seyidov Orxan Azad oğluna, İsmayılov Arif İsmayıl oğluna məxsus restoranlar, Nurəliyev Sahib Sahil oğluna və Səlimov Sabir Tofiq oğluna məxsus yeməkxanalar
Neftçala rayonunda Fərziyev Elgün Zakir oğluna, Abbasov Nazim Hüseyn oğluna, Xəlilov Abdulhəsən Məmmədhəsən oğluna məxsus kafelər
Şamaxı rayonunda Eyvazov Rövşən Yunis oğluna, Vahidov Əhsən Mustafa oğluna məxsus kafelər
Kürdəmir rayonunda “Anar” yeməkxana, “Azad” kafesi
Ağsu şəhərində “Orxan”, “Vüsal” kafeləri
Masallı rayonunda İbadov Kamran Bahaddin oğluna və Niftullayev Çingiz Balabəy oğluna məxsus ət satışı mağazaları
Cəlilabad rayonunda Həsənov Arzuman Əli oğluna məxsus ət satışı mağazası
Naftalan şəhərində “Turan”, “Bahar” kafeləri
Göyçay rayonunda “Sərin məkan” restoranı, “Röya” kafesi
Tovuz rayonunda “Xırdalan”, “Tahir”, “Almalı” kafeləri
Qazax rayonunda “Səda”, “Gülçiçək” kafeləri
Ağstafa rayonunda “Vurğun”, “Balıq evi” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Giriş