AQTA əməkdaşları daha 223 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
30 İyul 2020 16:42
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 29 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 43 ictimai iaşə obyekti, 180 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 70-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Real”, “Nərgiz”, “Ekonom”, “Hədiyyəli”, “A plus store”, “Əvoa” MMC-yə məxsus marketlər, Məmmədova Əntiqə Sevindik qızına, İsmayılov Fərhad İdayət oğluna, Səfərova Təranə Hüseyn qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Xaçmaz rayonunda Səfərəliyev Ziyafəddin Eynulla oğluna, Ağayev Rifaq Sabir oğluna məxsus ət satışı mağazaları
Quba rayonunda Talıbov Elnur Məhərrəm oğluna məxsus ərzaq satışı mağazası
İsmayıllı rayonunda “Dost”, “Rahat”, “Mustafa”, “Xəyal”, “Kənan”, “Halal”, “UEFA” marketlər, Şıxalıyev İxtiyar Umud oğluna, Kərimli Elxan Yavər oğluna, Abbasov Füzuli Dadaş oğluna məxsus yeməkxanalar, Babayev Röyal Vahid oğluna məxsus kafe
Göyçay rayonunda İsayev Natiq Paşa oğluna, Mustafayeva Firuzə Əli qızına, Yusifov Ağasəlim Qulu oğluna, Yusifova Mədinə Məhəmməd qızına məxsus marketlər
Şirvan şəhərində Mirzəyev Elçin Vahid oğluna məxsus ərzaq mağazası, “Dəniz” kafe
Neftçala rayonunda Ağayev Ayaz Abuzər oğluna məxsus ərzaq mağazası
Salyan rayonunda Həsənov Ülvi Əli oğluna və Quliyev Əvəz Əfsər oğluna məxsus ərzaq mağazaları
Migəçevir şəhərində “Səbinə”, “Anar”, “Tacir”, “İdeal” marketlər, Quliyeva İlahə Sabir qızına məxsus şirniyyat mağazası, Qarabəyli Abbas Daşdəmir oğluna məxsus ət satışı mağazası
Cəlilabad rayonunda Əliyev Hikmət Məhərrəm oğluna, Quliyev İlqar Söhbət oğluna, Abdıyev Famil İslam oğluna məxsus ət satışı mağazaları
Masallı rayonunda “Qəriblər” marketi
Gəncə şəhərində Məmmədov Eltac Çapay oğluna, Qafarov Mehman Rəşid oğluna məxsus ərzaq mağazaları, “Tüfər” market
Göygöl rayonunda “Malikoğlu” market
Tovuz rayonunda “Turan”, “Elçin”, “Uğur” kafeləri, “Hunan” və “Nuran” ərzaq mağazaları, Məmmədov İsaq Hidayət oğluna, Qasımov Eyvaz Teyyub oğluna, Əliyev Səmral Vilayət oğluna, Mehdiyev Ramin Rza oğluna məxsus ət satışı mağazaları
Qazax rayonunda Kazımov Ramiz Rasim oğluna, Məcidov Qəməd İsa oğluna, Əfəndiyev Mahir Sədi oğluna məxsus ət satışı mağzaları
Ağstafa rayonunda Qafarov Famil İbad oğluna, Abutalıbov İlham Vidadi oğluna məxsus ət satışı mağazaları
Şəmkir rayonunda Hadıyev Elşən Yusif oğluna, Cəfərov Nizami Həbib oğluna məxsus ət satışı mağazaları
Gədəbəy rayonunda “Sərin”, “Əkbər” kafeləri, “Nadir”, “Çempion”, “Fəqan” ərzaq mağazaları, Səlimov Rövşən Kamil oğluna, Cavadov Xanəli Əfqan oğluna, Əliyev Ruslan Aslan oğluna məxsus ət satışı mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş