AQTA əməkdaşları daha 228 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
28 İyul 2020 17:58
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 27 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 55 ictimai iaşə obyekti, 173 ərzaq satışı mağazası olmaqla ümumilikdə 228 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 75-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Grandmart”, “Ruzi”, “EF”, “Aqil”, “Maşallah”, “Nar” marketlər, Qədirov Qədir Möhlət oğluna, Sadıqov Sənan Rafiq oğluna, Əsədov Şahlar Məstan oğluna, Səfiyev Babək Əli oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhərində “Okean”, “Bərzan”, “Həyat” marketlər, “Ucar təndir evi”
Qusar rayonunda “Sevimli”, “Star” marketlər, “Edelveys”, “Xıdır”, “Diamond”, “İmperial” restoranları
İsmayıllı rayonunda “Xəzri istirahət mərkəzi”, “Lahıc Forest”, “Palıdlı”, “Qızıldərə”, “Dağ şəlaləsi”, “Sərin” restoranları, Məhərrəmov Mehman Ramiz oğluna, Fətəliyev Əkbər Variz oğluna məxsus kafelər, “Bizim” market
Göyçay rayonunda “Palma”, “Sərin məkan”, “Qoşa Qovaq”, “Yaşıl bağ” kafeləri
Kürdəmir rayonunda “Aqil”, “Murad” və “Yeni” marketlər
Neftçala rayonunda Abdullayev Səbuhi İslamm oğluna məxsus ərzaq mağazası
Şirvan şəhərində Məlikov Mehman Ruslan oğluna məxsus ərzaq mağazası
Salyan rayonunda Məmmədov Şahin Əmənqulu oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda Əliyev Asəf Şamil oğluna və Muxtarov Rəfail Haman oğluna məxsus ərzaq mağazaları
Mingəçevir şəhərində “Nicat”, “Xaldan”, “Hüseyn Arazlı”, “Bizim”, “Qarabağ”, “Fuad” marketlər və Fərzəliyev Yunis Usub oğluna məxsus ərzaq mağazaları
Şəki rayonunda Əliyev Vahid Xaləddin oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonunda Mahmudov Ramiz Məcid oğluna, Ramazanov Telman Məhəmməd oğluna məxsus ərzaq mağazaları
Qəbələ rayonunda “Maral bulaq”, “Şəlaləaltı” kafeləri, “Şamo” market
Qax rayonunda Xəlilov Araz Xəlil oğluna, Teymurov Məmməd İdris oğluna məxsus kafelər
Cəlilabad rayonunda Cavadov Ramin Ağadadaş oğluna, Qasımov Zülfüqar Allahverdi oğluna, Babayev İlqar Zənulla oğluna, Əliyev Mirməhəmməd Mirəyyub oğluna məxsus ət satışı mağazaları
Samux rayonunda Sadıqov Mehman Məhərrəm oğluna, İmanov Rusif Yusif oğluna, Musayeva Afət Musa qızına, Axundov Elnur Eldəniz oğluna, Məhərrəmov Etibar İsa oğluna məxsus ərzaq mağazaları
Tovuz rayonunda Mehdiyev Çoşqun Fərhad oğluna, Bağırov Arzu Nazim oğluna, Tağıyev Salman Vilayət oğluna, Hüseynov Sahib Əmir oğluna məxsus ət satışı mağazaları
Şəmkir rayonunda “Fayton”, “Görüş”, “Çinar” kafeləri, Sadıqov Xıdır Əlaslan oğluna, Hacıyev Aqil Yasin oğluna məxsus ərzaq mağazaları və “Muxtar” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Giriş