AQTA əməkdaşları daha 231 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
3 İyul 2020 16:30
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 2 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 60 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 231 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Laçın”, “Oba”, “Nuray”, “Al market”, “Oba”, “Yeni şəhər”, “Dünya”, “Bax belə”, “Elman”, “Ay”, “Yeni”, “Bazarstore”, “Leyla”, “Bazarstore”, “Araz supermarket”, “Qasım” ərzaq mağazaları, Məmmədova Rufa Ələddin qızına, Əzizov Ramil Fərruxpaşa oğluna, Sədrayeva Xuraman Xoşbəxt qızına, Rəhmətov Abı Məti oğluna, Ağayev Sadiq Taleh oğluna, Şıxıyev Rəşadət Kamal oğluna, Əsədov Orxan Babaverdi oğluna, Quliyeva İradə Kamal qızına, Mirzəyev Bəhruz Qurban oğluna məxsus marketlər
Digər rayon və şəhərlər üzrə:
Sumqayıt şəhərində “Ordubad”, “Sərfəli”, “Məhlə” və “Taleh” marketlər
Xaçmaz rayonunda Mehyəddinov Nicat Ənvər oğluna, Həsənov İlkin Elmiyar oğluna, Əzizov Nizaməddin Şirinbala oğluna məxsus kafelər, Müslümov Emin Ağasıbala oğluna məxsus ərzaq mağazası
İsmayıllı rayonunda “Bolluq”, “Orxan” marketlər, Abdullayev Çingiz Məmmədağa oğluna, Ramazanov Nahid Maarif oğluna, Atayev Ağasəf Əsəd oğluna, Əhmədov Sənan Kəbleyi oğluna məxsus kafelər, Hüseynov Elşən Eldar oğluna, Osmanov Sadiq Haqverdi oğluna, Salmanov Rəfail Həmid oğluna məxsus ət satışı mağazaları, Bayramova Ellada Əlisahab qızına məxsus şirniyyat mağazası
Ağsu rayonunda Şirəliyev Sadiq İlham oğluna, Fətiyev Şahin Fəti oğluna məxsus ərzaq mağazaları
Kürdəmir rayonunda “Bolmart”, “Qardaşlar” marketlər, Cəbrayılov Elxan Rəhim oğluna məxsus ərzaq mağazası
Şamaxı rayonunda “Səid” market, Şirinov İlqar Durqardaş oğluna, Musayev Hikmət Sovqat oğluna və Hacıyev Paşa Hacgül oğluna məxsus ət satışı mağazaları
Sabirabad rayonunda “Oba” və “Al” marketlər və Əliyev Müşfiq Səhrab oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda “Yaşıl Tac” kafe, Fətullayev Knyaz Savalan oğluna, Nadirov Amil Bəbir oğluna, Qafarov Mübariz Süleyman oğluna, Rəsulzadə Taleh Sahib oğluna məxsus kafelər və Mürsəlov Pərviz Əziz oğluna məxsus ərzaq mağazası
Yevlax rayonunda Abdullayev Etibar Surxay oğluna, Əliyeva Elmira Şəmil qızına, Əlihəsənov İqbal Heydər oğluna, Sadıqzadə Orxan Hüseyn oğluna, Abdullayev Anar Tahir oğluna, Məmmədov Rəhim Nəbi oğluna məxsus marketlər
Qəbələ rayonu, Zarağan kəndində “Bazarstore”, Qafarlı Anar Rafəddin oğluna məxsus market
Zaqatala şəhərində “Bazarstore”
Şəki şəhərində Səlimov Vüqar Nəcbəddin oğluna məxsus “Miraj” ərzaq mağazası
Qax rayonunda “Oba” market
Lənkəran şəhərində “Refem” və “Aura” ərzaq mağazaları
Gəncə şəhərində “Əminə-Premium” və “Sultan” ərzaq mağazaları
Gədəbəy rayonunda “Qaya”, “Qala”, “Qoşa bulaq”, “Bala Narzan” kafeləri
Şəmkir rayonunda “Xəmsə”, “Kür balığı”, “Yaşıl”, “Ceyhun” və “Ocaq” kafeləri, “Natiq” ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş