AQTA əməkdaşları daha 235 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
6 Avqust 2020 16:02
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 05 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 53 ictimai iaşə obyekti, 182 ərzaq satışı mağazası olmaqla ümumilikdə 235 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 97-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Sirab”, “Optimal”, “Sevimli”, “Orxan”, “Ayxan”, “Yaşıl”, “Yuva” marketlər, Əliyev Əli Musa oğluna, Ələkbərova Mərziyyə Namaz qızına, Rəcəbov Həsən Məhərrəm oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda Bayramov Mirismayıl Damət oğluna məxsus ət satışı mağazası
Sumqayıt şəhərində İsmayılov Etibar Aslan oğluna və Mərdanova Vüsalə Maarif qızına məxsus marketlər
Qusar rayonunda Sərkərova Nurcahan Şıxmət qızına, Ağakərimov Təklif Narulla oğluna, Ağamirzəyeva Natavan Nadir qızına məxsus kafelər, “Xıdır” restoranı
Şabran rayonunda Cavadov Gündüz Qənbər oğluna, Gülməmmədov Vahid Əbdülhəsən oğluna, Səddərov Hacıməmməd Eyyub oğluna məxsus kafelər
Xaçmaz rayonunda Hüseynov Ramin Şəfayət oğluna, Hüseynov Yavər Həzrət oğluna, Ağayev Rifaq Sabir oğluna, Əhmədov Murad Hakim oğluna məxsus ət satışı mağazaları
Şamaxı rayonunda Şahbazov Nurlan Elxan oğluna, Cəbrayılov Cəbrayıl Səxavət oğluna, Quliyev Ziyad Kamal oğluna məxsus marketlər, Cəbrayılov Mayis Kamal oğluna, Qəhrəmanov Rəvan Fərasət oğluna və Həsənzadə Cəlil Kabus oğluna məxsus kafelər
İsmayıllı rayonunda Babayev Röyal Vahid oğluna, Məmmədli Taleh Elçin oğluna, Ramazanov Nahid Maarif oğluna məxsus kafelər, Cavadov Xanlar Ələddin oğluna, Dəmirov Sübhan Xalı oğluna, Hacıyev Oktay Ələddin oğluna, Əkbərli Orxan Allahverdi oğluna məxsus marketlər
Ağsu rayonunda Quliyev Ziyad Zahir oğluna, Quliyev Əmrah Əsgər oğluna məxsus ərzaq mağazaları, Nağıyev Hakim Vahab oğluna və Rəsulov Elxan Vəlixan oğluna məxsus kafelər
Kürdəmir rayonunda Rəsulov İlqar Əlövsət oğluna və Bəşirov Niyazi Bircəxan oğluna məxsus marketlər, Sərdarov Əflatun Sərdar oğluna və Qasımov Elman Əjdər oğluna məxsus kafelər
Sabirabad rayonunda Əzizov Əlioğlan Güloğlan oğluna məxsus kafe
Şirvan şəhərində Abdullayev Cavid Mirzəbək oğluna, Qarayev Ramil Şirəli oğluna məxsus kafelər, Əhmədov İlham Sabir oğluna, Əhmədov Rəfael Ağalar oğluna və Tahirov Tərlan Teyyub oğluna məxsus ərzaq mağazaları
Cəlilabad rayonunda Kərimov Səyyad Habil oğluna, Həsənov Aqil İsgəndər oğluna, Səfərov Elsevər Ağahəsən oğluna, Həsənov Arzuman Əli oğluna məxsus ət satışı mağazaları
Masallı rayonunda İbadov Kamran Bahəddin oğluna və Niftullayev Çingiz Balabəy oğluna məxsus ət satışı mağazaları
Mingəçevir şəhərində Hüseynov Seymur Vidadi oğluna, Babakişiyeva İntizar Umar qızına, Hüseynov Əhməd Oruc oğluna, Mirzəzadə Ağcagül Hacı oğluna məxsus ərzaq mağazaları, “Ramil”, “Tacir”, “Kəlbəcər Əli” marketlər, Nəsibov Amil Nəsib oğluna məxsus ət satışı mağazası
Samux rayonunda “Nəbioğlu”, “İki qardaş”, “Bizim mağaza”, “Əli” marketlər, Mehdiyev Rasim Elyar oğluna və Abdullayev Nuşirəvan Xəzail oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində “Araz Real”, “Seymur”, “Firuzə”, “Universal”, “Nəbi”, “Sadiq”, “Eldarado”, “Maxi” marketlər, Hüseynov Vidadi Həsən oğluna, Mirzəliyev İlqar İlyas oğluna, Cəfərov Sadiq Şakir oğluna məxsus ərzaq mağazaları
Daşkəsən rayonunda “Arzu”, “Sünbül”, “Seymur” marketlər və İmamverdiyeva Nigar Abbas qızına məxsus ərzaq mağazası
Tovuz rayonunda “Çapay”, “Nuş olsun”, “Lion”, “Fənər”, “Atlı bulaq” kafelər
Gədəbəy rayonunda “Dəyirmandağ”, “Göyəli”, “Dost qapısı”, “Elçin”, “Tala” və “Yurd yeri” kafelər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş