AQTA əməkdaşları daha 241 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
7 Avqust 2020 17:19
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 06 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 62 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 241 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 103-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Hermes”, “VİP”, “Bərəkət”, “Vüqar”, “Kübar”, “Praqa”, “Super”, “Dondurma” marketlər, Hüseynov Nazim Ayaz oğluna və Əsgərov Əsgər Bahadur oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Xaçmaz rayonunda Ağayev Rifaq Sabir oğluna, Hüseynov Ramin Şəfayət oğluna məxsus ət satışı mağazaları (fəaliyyətləri məhdudlaşdırılmışdır), “Bərəkətli” market
Qusar rayonunda “444”, “Xutorok”, “Xıdır”, “Şahnabat” restoranları, Axundlu Səxavət Vahid oğluna, Balakişiyev İmran Muxtar oğluna, Nəsruyev Vladik Ramaldin oğluna, Vəlimətova Təhminə Hüseynbala qızına məxsus kafelər
Şamaxı rayonunda Adıgözəlov Araz Seyid oğluna, Məmmədov Sadıq Zayıd oğluna, Quliyeva Nubar Bayram qızına, Məmmədov Sabir Balaş oğluna məxsus marketlər, Qarayev Rauf Ənvər oğluna məxsus yeməkxana, Həsənov Vüsət Nəriman oğluna məxsus kafe
Ağsu rayonunda Abdullayev Adil Məhəmməd oğluna məxsus ət satışı mağazası, Həsənov Anar Əli oğluna və Valehli İlkin Mahir oğluna məxsus kafelər, Məmmədova Aynur Əflatun qızına, Nuriyev Teyyub Rufulla oğluna məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda Əsgərli Vasif Nemət oğluna məxsus kafe, Alızadə Toğrul Vüqar oğluna, Bəşirov Asif Baba oğluna, Şirinova Aynur İslam qızına, Şalbızov Azad Nəriman oğluna, Səlimov Kamran Mustafa oğluna, Qurbanova Lətifə Əli qızına məxsus marketlər
Göyçay rayonunda İsmayılov Tərlan Cavid oğluna, Məmmədrəhimov Rahim Səlim oğluna, Məmmədrəhimov Arif Səlim oğluna, Əhmədov Elmir Məhəmmədzahir oğluna, Cəbiyev Tələt Neyman oğluna, Adıgözəlov Şahin İsrayıl oğluna, Məmmədov İlham Qurban oğluna, İsmayılov Elnur Cavid oğluna, Məmmədov Elşən Nusrət oğluna, Vəlixanov Azad Feyzulla oğluna, Hüseynov Orxan Nəsib oğluna, Kazımov Cəlal Yaşadur oğluna, Verdiyev Hüseyn Nurməmməd oğluna, Cəfərov Ariz Nəcəf oğluna, Səmədov Qara Nəbi oğluna, Cəfərov Araz Nəcəf oğluna məxsus ət satışı mağazaları
Kürdəmir rayonunda Sədiyev Əfqan Abdulla oğluna və Xəlilov İsa Sədi oğluna məxsus kafelər, Kərimov Nicat Müsübət oğluna məxsus market
Şirvan şəhərində Qurbanov Rövşən Məcid oğluna, Abdullayev Vüqar Vahid oğluna, İsmayılov Fikrət Əliqulu oğluna məxsus kafelər
Sabirabad rayonunda Ələkbərov Vüqar Ələkbər oğluna, Cəfərov Miryaqub Yaqub oğluna, Xəlilov Namik Gülağa oğluna və Zeynalov Aqşin Hafis oğluna məxsus kafelər
Yardımlı rayonunda Həsənov Rəvan Əlövsət oğluna məxsus market
Lənkəran şəhərində Həsənzadə Mirəziz Qulu oğluna, Qurbanov Zaur Asif oğluna, Əliyev Tapdıq İsmayıl oğluna, Miriyev Faraqat Damad oğluna, Hüseynov Namiq Zakir oğluna məxsus kafelər
Yevlax rayonunda “Dalğa”, “Uğur”, Əlizadə Tural Cümşüd oğluna məxsus kafelər, “Gülnar”, “Uğur”, “Araz Oscar” marketlər, Rəsulov Saleh Qeysər oğluna, İmanov Şəmsəddin Musa oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində “Elnur”, “Nəvəmin”, “Bizim”, “Ayxan”, “SN”, “Nəzrin”, “Makro”, “Ümüd”, “Rza”, “Elcan” marketlər, Qasımov Daşqın Məhərrəm oğluna, Cəfərov İkram Nadir oğluna, Hüseynov Şəqayət Vilayət oğluna, Məmmədov Nihad Azər oğluna, Məmmədova Firuzə İsa qızına, Məmmədova Bəynaz Həsənqulu qızına, Tağıyev Etibar Sabir oğluna məxsus ərzaq mağazaları
Qazax rayonunda “Qərb qapısı”, “Buta”, “Sərin göl” kafeləri
Ağstafa rayonunda “Limon”, “Samovar”, “Sərinlik”, “Karvan” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş