AQTA əməkdaşları daha 310 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
26 İyun 2020 16:25
25 iyun 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 82 ictimai iaşə obyekti, 228 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 109-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bayramov Vasif Əliyar oğluna, Qafarov Elmin Vaqif oğluna və Əliyev Ceyhun Adil oğluna məxsus ərzaq mağazaları, “Oskar” market, Abdullayeva Sədaqət Cəmil qızına, Rzayeva Natiqə Naib qızına, Mehdiyev Azər Həmzə oğluna, Həsənov Ramin Əvəz oğluna məxsus ərzaq mağazaları, Səttarov Elnur Telman oğluna, Şükürov Rövşən Əliəsgər oğluna, Tarverdiyev Xəzan Yaşar oğluna məxsus ərzaq mağazaları, Şabanov Rüstəm Qədim oğluna, Hüseynov Vaqif İzzət oğluna, Nuriyev İsmət Nurməmməd oğluna, Şamıyev Məmməd Arif oğluna, Şabanov Dəstə İsa oğluna və İbrahimov Fəzail Məhəmmədəli oğluna məxsus ərzaq mağazaları, “Ayxan” market, “21-ci əsr” market, Məmmədov Zahir Rasim oğluna məxsus ərzaq mağazası
Sumqayıt şəhərində “Yasəmən” və “Vüsal” market, Cabbarov Eldar Salman oğluna məxsus ərzaq mağazası
Xaçmaz rayonunda “Elit” və “Çənlibel restoranları, Vəliyev Ramin Mehman oğluna, İsmayılov Mehdi İsmayıl oğluna, Yaqubov Zəki Seyfulla oğluna, Bürcəliyev Mövlan Gəncəli oğluna, Harunov Namik Bəşir oğluna, Ağayev Rifaq Sabir oğluna, Əhmədov Murad Hakim oğluna, Ağayev Nemət Sadiq oğluna, Məlikməmmədov Rəşad İlyas oğluna, Hüseynov Ramin Səfayət oğluna, Mehrəliyev Məcnun Gülmurad oğluna, Ağabəyov Alik Sabri oğluna, Hüseynov Yavər Həsrət oğluna məxsus ət satış mağazaları, Seydəliyev Yusif Əlövsət oğluna məxsus “Uğur” market
Qəbələ rayonunda Salehov Valeh Ağadadaş oğluna, Babayev Hamlet Nəriman oğluna, Məmmədov Qorxmaz Əli oğluna, Umarzadə Rəsul Marif oğluna məxsus ərzaq mağazaları
Zaqatala rayonunda Xasıyev Ənvər Araz oğluna, Osmanova Leyla Faiq qızına, Mazanov Coşqun Salam oğluna, Balaşov Fərman Balaş oğluna məxsus ərzaq mağazaları, Rəcəbov Samir Vahid oğluna məxsus kafe
Balakən rayonunda Süleymanov Turan Rasim oğluna məxsus “Halal” market, Qaracayev Loğman Cuma oğluna məxsus market və Sarayeva Mirvari Əhməd qızına məxsus market, Həsənov Arif Hizbullah oğluna məxsus “Gültac” market
Şəmkir rayonunda Novruzov Sənan Qənbər oğluna məxsus ərzaq mağazası, “Elmir”, “Ceyhun” və “Uğur” marketlər, “Çinar” və “Yelkən” restoranları
Ağstafa rayonunda Nəzərov Xətai Anar oğluna, Həmzəyev Tural Hamlet oğluna və Abutalıbov İlham Vidadi oğluna məxsus ət satışı mağazaları, “Bizim” və “Kür” ərzaq mağazaları, “Nəsiboğlu” və “Səda” restoranları
Şirvan rayonunda “Gülüstan” və “Banuçiçək” kafe, “Moon store” və “Sun store” ərzaq mağazaları
Lənkəran rayonu, Şiləvar kəndində “Mamusta” market
Masallı rayonunda Rəhmətov Rəhman İbad oğluna məxsus market
İsmayıllı rayonunda İbrahimov Fərid Hüseyn oğluna məxsus restoran, Əsgərov Tapdıq Arif oğluna məxsus “Orxan” market, Səlimov Kamran Mustafa oğluna və Salmanov Faiq Sərxan oğluna məxsus ərzaq mağazaları
Kürdəmir rayonunda Salmanov Sabir Məmmədsadiq oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda Ağayev Ağa Arzu oğluna məxsus “Ağa” market, Cəfərov Kamil İsmayıl oğluna məxsus ərzaq mağazası, Məmmədov Rəşad Arzuman oğluna məxsus “Elit” market, Əmrahov Yusif Mahir oğluna məxsus “İki qardaş” market, Zeynalov Valeh Ənvər oğluna məxsus kafe və Zeynalova Güllər Qaçay oğluna məxsus ərzaq mağazası
Gəncə şəhərində “Yeni market”, “Gəncəvi”, “Market 129”, “Təbriz” marketlər, Mahmudova Aybəniz Qafqar qızına və Quliyev Mübariz Ələddin oğluna, Qasımova Yeganə Kamal qızına məxsus ərzaq mağazaları
Ağcabədi rayonunda “Gənclər Mərkəzi”, “Gənclik evi”, “Qaradolaq”, “Qarabağ” və “Şah” kafeləri, “Nur”, “Delfin”, “Sevimli”, “Totu”, “Kral” ərzaq mağazaları
Ucar rayonunda “Qoca bağ”, “Sunqur”, “Görüş”, “Göbələk” və “Uğur” restoranları, “Mega”, “Soltan”, “Bəyaz” ərzaq mağazaları
Beyləqan rayonunda “Ailə” və “Beyləqan” ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş