AQTA əməkdaşları “İdxal nəzarəti” mövzusunda keçirilən təlimdə iştirak ediblər
16 Yanvar 2023 16:09
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "AZ 17 ENI AG 01 20: Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində təşkil olunan növbəti təlimdə iştirak ediblər.
“İdxal nəzarəti” mövzusunda keçirilən təlimdə Litva Respublikasından olan mütəxəssislər tərəfindən sərhəd idxal nəzarətinə və bitki sağlamlığı ilə bağlı idxal nəzarəti qanunvericiliyinə dair təqdimatlar edilib.
İnteraktiv formada təşkil olunan təlim zamanı AQTA əməkdaşlarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
İsmayıllı rayonunda yerləşən alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.
Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.