AQTA əməkdaşları ilə BƏƏ İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
10 Mart 2021 18:42
Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirlikləri İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə bitki sağlamlığı və karantini, qida təhlükəsizliyi və baytarlıq sahələrində iki ölkə arasında imzalanması nəzərdə tutulan müvafiq sazişlərin layihələri müzakirə olunub.
Videokonfrans formatında keçirilən görüşdə tərəflər arasında heyvan və bitki sağlamlığı da daxil olmaqla qida məhsullarının idxal-ixracı sahəsində əməliyyatları asanlaşdırmaq məqsədilə fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatlarının qarşılıqlı tanınması, risklərin qiymətləndirilməsi ilə bağlı fəaliyyətlərin monitorinqinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş