AQTA əməkdaşları ilə İsrail Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib
22 Sentyabr 2022 13:59


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və İsrail Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Təftiş Xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə İsrail nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, fitosanitar karantin tələbləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, fitosanitar karantin nəzarətində olan məhsulların ölkəmizə idxalı prosedurları, mövcud elektron sistem haqqında geniş məlumat verilib. Qida sahəsində idxal potensialı olan məhsulların ixrac imkanlarının nəzərdən keçirilməsi və bu sahədə hər iki ölkənin mövcud idxal tələblərinin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda İsrailin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi sahəsində reallaşdırılacaq layihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
