AQTA əməkdaşları kərə yağı adı altında satılan bitki yağının satışının qarşısını aldı
8 İyul 2020 13:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin əməkdaşları əldə olunmuş məlumat əsasında Bərdə rayonu, Güloğlular kəndində “Təzə Bazar” ərazisində Lada VAZ 21015 markalı minik avtomobilinin yük yerinə baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyini aşkarlayıb. Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.
Məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Göyçayda Gavalının cibcibə virusu aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
AQTA ilə Belarusun müvafiq qurumu arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Dövlət Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi arasında fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair onlayn görüş keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş