AQTA əməkdaşları saxlama müddəti ötmüş müxtəlif əmtəə nişanlı qazlı və qazsız su aşkarladı
21 İyul 2020 10:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan müraciət əsasında Agentliyin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvari 2A ünvanında yerləşən satış məntəqəsində baxış keçiriblər. Həmin obyektdə saxlama müddəti ötmüş və temperatur rejiminə əməl olunmadan “Aqromall” MMC şirkəti tərəfindən saxlanılan, Tacikistan istehsalı olan 15 800 ədəd 0.5 litrlik “Obi Zulol” əmtəə nişanlı su, 8 989 ədəd 0.5 və 1 litrlik “Siyoma” əmtəə nişanlı qazlı və qazsız su, 1000 ədəd isə “Xavotaq” əmtəə nişanlı 1.25 litrlik su aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində məhsullar dərhal satışdan kənarlaşdırılıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.
Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək – VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti maarifləndirici videoçarx hazırlanıb. Videomüraciətdə fermerlərin zərərverici ilə mübarizədə iştirakı, qışlama dövründə onun aşkar edilərək məhv edilməsinin əhəmiyyəti vurğulanır. Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatına ciddi ziyan vura bilər. AQTA əhalini və fermerləri zərərvericiyə qarşı mübarizədə fəal olmağa, qışlama yerlərində aşkar edilən bağacıqları zərərsizləşdirməyə çağırır. Qışlama dövründə aparılan mübarizə tədbirləri zərərvericinin sayının azalmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş