AQTA əməkdaşları təlimdə iştirak ediblər
18 Noyabr 2022 15:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "AZ 17 ENI AG 01 20: Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində "Bitki mənşəli qida məhsullarının təhlükəsizliyi sahəsində ön şərt proqramları və HACCP sistemi" mövzusunda videokonfrans formatında keçirilən təlimdə iştirak ediblər.
Təlimdə latviyalı mütəxəssislər tərəfindən qabaqcıl gigiyena təcrübələri, ön şərt proqramları, bitki mənşəli qida istehsalı şirkətlərində HACCP prinsipləri və onlara rəsmi nəzarət, habelə bu mövzular üzrə Avropa İttifaqı, xüsusən də Latviya təcrübələri mövzularında təqdimatlar edilib.
İnteraktiv formada keçirilən təlim zamanı AQTA əməkdaşlarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb
Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. Monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib. Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb. Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır
Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölçüsü 12–17 mm olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35–100 km məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır. Yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir. Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz: - 1003 - Çağrı Mərkəzi - (+994) 99 708 85 88 (qərb rayonları üzrə) - (+994) 99 308 85 88 (şimal-qərb rayonları üzrə) - Aqrar Xidmətlər Agentliyi: 088-588
Gübrə və pestisidlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflığın və effektiv nəzarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, idxal olunan xammal yalnız istehsal edilən məhsulun tərkibinə uyğun şəkildə istifadə edilməli, hər bir məhsul üzrə tərkib isə açıq və dəqiq formada təqdim olunmalıdır. Bununla yanaşı, xammalın ölkəyə daxil olmasından son məhsulun əldə edilməsinədək bütün istehsal mərhələlərinin izlənilə bilən və müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Sahibkarlara bir daha xatırladılıb ki, ölkəyə idxal edilən bu növ xammalın ayrıca satışına yol verilmir və bu qaydanın pozulması ciddi hüquqi məsuliyyət yaradır. Eyni zamanda qeyd olunub ki, aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında istifadə olunan xammalın idxalı zamanı prosedurların sadələşdirilməsi, operativliyin artırılması və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş