AQTA əməkdaşları tərəfindən 226 müəssisədə reyd keçirildi
2 İyul 2020 15:40
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
1 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 64 ictimai iaşə obyekti, 162 ərzaq satışı mağazası olmaqla ümumilikdə 226 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Al market”, “Kəpəz”, “Murad”, “Harun”, “Rəşad”, “Kənan”, “Yadigar” marketlər, Aslanov Tofiq Allahverdi oğluna, Piriyev Şahin Əhməd oğluna, Qədirova Təranə Heyyam qızına, Mirzəliyeva Mehriban Mustafa qızına, Əliyev Müşfiq Soltan oğluna, Allahverdiyeva Təranə Gülməmməd qızına, Nərimanov Murad Mürşüd oğluna, Səfərov Rəşid Rizvan oğluna, Bayramov Əli Salamulla oğluna, Abbasov Elvin Murad oğluna, Mirzəyev Fuad Mirdamət oğluna, Niftalıyev Ələmdar Rəhim oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhərində “Ramiz”, “Pioner”, “Abbas”, “Ağabala” ərzaq mağazaları
Xaçmaz rayonunda Nəzirov Ayaz Kamran oğluna, Aydəmirov Məhəmməd Valeh oğluna məxsus ərzaq mağazaları, Ağasıyev İlqar Ağası oğluna, Məmmədov Cavid Əhməd oğluna, Ağayev Nemət Sadıq oğluna, Məlikməmmədov Rəşad İlyas oğluna, Kərimov Eyvaz Kərəm oğluna məxsus ət satışı mağazaları
Neftçala rayonunda Rəhimov Rəhil Əliağa oğluna, Qənbərov Ruslan Sahib oğluna, Yusifov Səlim Əliağa oğluna, Məmmədov Vəli Mustafa oğluna məxsus ərzaq mağazaları
Salyan rayonunda “Al market”
İsmayıllı rayonunda Salmanov Vüqar Həmid oğluna, Hacıyev Oqtay Ələddin oğluna, Abdurazaqov Asif Yusif oğluna məxsus ərzaq mağazaları, Məmmədov Taleh Elçin oğluna məxsus “Mican” kafe, Abdullayev Ağarəhim Ağadadaş oğluna
məxsus yeməkxana və Novruzov Samir Hacı oğluna məxsus dönərxana
Şamaxı rayonunda “Planet”, “Dostluq”, “Ocaq”, “Al market” ərzaq mağazaları, Bayramov Rafiq Qurban oğluna məxsus market, Rəhimov Elçin Rafiq oğluna, Babayev Rəşad Ələmdar oğluna, İmanov Malik Adil oğluna məxsus ət satışı mağazaları və “Zümrüd” restoranı
Mingəçevir şəhərində Allahverdiyev Mübariz Məmməd oğluna məxsus kafe, Kazımova Rüxsarə Manaf qızına məxsus ərzaq mağazası
Oğuz rayonunda Musayev Çingiz Əşrəf oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonunda “Oba” market
Qax rayonunda Məmmədov Rafiq Qədir oğluna və Əliyev Allahverdi Əsgər oğluna məxsus ərzaq mağazaları
Masallı rayonunda “Cənub” və “Halal” marketlər, Paşayev Bəylər İmran oğluna, Əhmədov Anar Tapdıq oğluna, Bəşirli Zamin Xaliq oğluna, Şirəliyev Nizami Əhməd oğluna, Mirişov Vüsal Rizvan oğluna, Ağayev Bəhram Qənbər oğluna, Məmmədov Vidadi Abbasqulu oğluna, Həşimov Natiq Sultanağa oğluna, Mütəllimzadə Nurlan Çingiz oğluna, Zeynalov Elgün Sərraf oğluna məxsus ərzaq mağazaları
Astara rayonunda “Seymur”, “Fərmail”, “Elvin”, “Yeganə”, “Ataxan” marketlər
Goranboy rayonunda İbrahimov Elçin Adil oğluna və Nəcəfova Natəvan Fəxrəddin qızına məxsus yeməkxanalar, Əliyev Sirəddin Saleh oğluna məxsus kafe
Göygöl rayonunda “Pərvin” market
Gəncə şəhərində “Bizim” market və “Zəhmət” şərab evi
Ağstafa rayonunda “Göyçə”, “Sərinlik” kafeləri, “Ağstafa” ərzaq mağazası
Qazax rayonunda “Qala”, “Qozlu” kafeləri, “Şıxlı” və “Qala” ərzaq mağazaları
Tovuz rayonunda “Oba” və “Peyman” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Giriş