AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir
4 Aprel 2022 12:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin fitosanitar müfəttişləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə Bərdə, Tərtər və Ağdam rayonlarında yerləşən 37 ha park və yaşıllıqlarda monitorinqlər keçirib. Monitorinqlər nəticəsində Bərdə Mərkəzi Parkında 1,4 ha sahədə karantin tətbiq edilən zərərverici - Yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus) ilə zəif, 0,3 hektar sahədə isə yüksək sirayətlənmə aşkar olunub.
Aşkar edilmiş halla bağlı karantin tətbiq edilən zərərvericilərlə yüksək sirayətlənmə müşahidə olunan ərazidə təcili kimyəvi mübarizə tədbirlərinin aparılması üçün müvafiq quruma müraciət olunub.
Oxşar xəbərlər
![Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib](https://afsa.gov.az/resized/resize224/center/pages/10220/whatsapp-image-2025-02-05-at-122228-1.jpg)
Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.
![Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı](https://afsa.gov.az/resized/resize224/center/pages/10273/whatsapp-image-2025-01-31-at-153104.jpg)
Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiyası işləri yekunlaşıb. Bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib. “E-Fito” - elektron fitosanitar sertifikat mübadiləsidir. Bu innovativ həll Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən hazırlanmış elektron platformadır. Bu sistem fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir. Hazırda dünyada 110-dan artıq ölkə bu sistemə qoşulub. Ölkəmizə bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr sözügedən sistemə qoşulublar. Bu sistemin tətbiqi bir sıra üstünlüklər yaradır. * Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehdiyacını aradan qaldırır. * Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir. * Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır. * Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır. Bu sistem, inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır. Çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir. Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.
![Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı](https://afsa.gov.az/resized/resize224/center/pages/10149/whatsapp-image-2025-01-17-at-171039.jpg)