AQTA əməkdaşları tərəfindən meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
17 Sentyabr 2021 16:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə meyvə bağlarında fitosanitar monitorinqləri davam etdirir.
Belə ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Qəbələ rayonunda yerləşən meyvə bağlarında karantin tətbiq edilən Kaliforniya çanaqlı yastıcası (Comstockaspis perniciosa), karantin tətbiq edilməyən alma meyvəyeyəni (Cydia pomonella), qanlı mənənə (Eriosoma lanigerum), armud ballıcası (Psylla pyri), meyvə milçəyi (Drosophila melanogaster), armud şəbəkəli taxta biti (Stephanitis pyri), almanın alternariozu (Alternaria mali) aşkar edilib. Aşkar edilmiş zərərli orqanizmlər haqqında təsərrüfat sahiblərinə geniş məlumat verilib, onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tövsiyələr verilib.
Monitorinqlər zamanı, həmçinin ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri, fitosanitar ixrac prosesləri və xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında bağ sahiblərinə maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq Zirə, Hövsan, Binə və Maştağa qəsəbələrində yerləşən pomidor və müxtəlif meyvələr yetişdirilən istixanalarda, eləcə də meyvə bağlarında monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı, həmçinin fitosanitar vəziyyət yerində qiymətləndirilib, mövcud risklər təhlil olunub.
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dünya ictimaiyyətinin diqqəti bir daha bitkilərin qorunmasının strateji əhəmiyyətinə yönəlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu əlamətdar gün bitki sağlamlığının ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi və davamlı iqtisadi inkişaf üçün mühüm rolunu ön plana çıxarmaq məqsədi daşıyır.
Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb
Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. Monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib. Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb. Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş