AQTA fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edir
19 Dekabr 2019 17:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, 22 oktyabr 2019-cu il tarixli 2019/1793 saylı Avropa İttifaqının (Aİ) Komissiya Tətbiqi Qərarına əsasən Aİ qanunvericiliyində idxal prosedurları ilə bağlı bir sıra dəyişikliklər edilib. Belə ki, Aİ-yə məhsul ixrac edən sahibkarlıq subyektləri məcburi qaydada Ticarətə Nəzarət və Ekspert Sistemində (TRACES) qeydiyyata düşməlidir. Müvafiq dəyişiklik 14 dekabr 2019-cu il tarixdən qüvvəyə minib.
Digər dəyişikliyə əsasən əvvəllər Aİ-nin sərhəd keçid məntəqələrinə kağız formasında təqdim edilən Ümumi Giriş Sənədi (Common Entry Document) Ümumi Sağlamlıq Giriş Sənədi (Common Health Entry Document) ilə əvəzlənmiş və yalnız elektron qaydada TRACES sistemi vasitəsilə sərhəd-keçid məntəqələrinə təqdim olunmalıdır.
İxracatçı subyektlər TRACES sistemində https://webgate.ec.europa.eu/tracesnt elektron keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Sistemdə qeydiyyatdan keçmiş istifadəçilər eyni zamanda şirkətlərini “qeyri-heyvan mənşəli yem və qida müəssisəsi kimi” qeydiyyata almalıdırlar. Müvafiq sorğular TRACES sistemi vasitəsilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunacaqdır.
Müəssisələr təsdiq olunduqdan sonra ixrac zamanı sahibkarlar CHED-D sənədini elektron qaydada dolduraraq TRACES sistemi ilə Aİ-nin sərhəd-keçid məntəqələrinə təqdim etməlidir.
Qeyd olunan prosedurlara riayət edilmədiyi təqdirdə məhsullar Aİ ərazisinə qəbul edilməyəcək. Prosedurlarla bağlı əlavə məlumat üçün Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektoruna müraciət oluna bilər.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası nə üçün vacibdir? - VİDEO
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Heyvanların identifikasiyası xəstəliklərin diaqnostikası və profilaktikası ilə bağlı baytarlıq tədbirlərinin effektiv həyata keçirilməsinə nəzarət etmək məqsədi daşıyır. Proses çərçivəsində hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və onun həyat dövrü boyunca izlənilməsi təmin olunur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili, identifikasiya və izlənilmə departamentinin müdiri Yavər Məmmədov bildirib. Onun sözlərinə görə, heyvanın keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, müalicələr və digər baytarlıq məlumatları sistemdə qeydiyyata alınır. Toplanan məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) alt modulu olan Heyvanların Qeydiyyatı Sistemində vahid məlumat bazası kimi formalaşdırılır. Daha ətraflı:
Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir
Quş qripi xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, həmçinin cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Ölkədə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə monitorinq keçiriləcək
Peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq həyata keçiriləcək. 10–30 iyun tarixlərində keçiriləcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılaraq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış və maarifləndirmə tədbirləri aparılacaq. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş