AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb
16 Aprel 2024 17:01
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbirləri çərçivəsində Goranboy şəhəri, A.Mustafayev küçəsi 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Fuad Məmməd oğluna məxsus bazarda yoxlama keçirilib.
Baxış zamanı bazarda qida sahəsində normativ hüquqi sənədlərin tələblərinə cavab verməyən qida məhsullarının satışının həyata keçirildiyi, xüsusi risk qrupuna aid məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, qida məhsullarının etiket məlumatlarının və müşayiətedici sənədlərinin mövcud olmadığı, həmçinin müvafiq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, satış sahələrində qida məhsulları ilə təmasda olan masaların asan yuyula və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, işçi heyətin məcburi tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb, bazarın fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş