“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışı heyvanların identifikasiyasına həsr olunub – VİDEO
19 İyun 2026 10:47
Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı prosesindən bəhs olunur.
Materialda heyvanların fərdi qaydada identifikasiya edilməsi, məlumatlarının "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sisteminə daxil olunması və bu prosesin baytarlıq nəzarətində rolu əyani şəkildə nümayiş etdirilir.
Buraxılışda vurğulanır ki, heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, peyvəndləmə, həmçinin heyvan mənşəli məhsulların “fermadan süfrəyə” prinsipi üzrə izlənə bilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, identifikasiya sisteminin heyvanların daşınması, qeydiyyatı və mənşəyinin müəyyənləşdirilməsi proseslərində yaratdığı imkanlar barədə məlumat verilir.
Daha ətraflı videoda :
Oxşar xəbərlər
AQTA-nın bir qrup əməkdaşı təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıda adları qeyd olunan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da təltif edilib: “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə 1. Əliyeva Səlbi Cavanşir qızı 2. Əmrahov Raqif Mustafa oğlu 3. Ömərova Vəfa Kamal qızı
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 2-si saat 14:30-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla iyulun 1-i saat 16:00-dək qəbula yazıla bilərlər.
Z.Meftahətdinova: "Əsl çempionluq sağlam seçimlə başlayır"
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Qida Təhlükəsizliyi Agentliyinin “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasına dəstək verib. Tanınmış idmançı vətəndaşlara, xüsusilə gənclərə və peşəkar idmançılara müraciətində bildirib ki, qazanılan uğurların arxasında yalnız məşq prosesi deyil, ciddi nizam-intizam, sağlam həyat tərzi və düzgün seçimlər dayanır. Hazırda sosial şəbəkələrdə dövlət qeydiyyatından keçməyən müxtəlif idman qidaları və bioloji aktiv qida məhsullarının reklamı edilir. Bu cür məhsulların istifadəsi isə sağlamlıq üçün ciddi risklər yarada bilər. Z.Meftahətdinova bütün idmançıları, xüsusilə gəncləri tərkibi və təhlükəsizliyi yoxlanılmamış məhsullardan uzaq durmağa çağırıb. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş