AQTA həyata keçirilən yoxlamalarda yeni elektron sistemin tətbiqinə başladı
24 İyun 2020 12:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarəti həyata keçirilir. Bu məqsədlə qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq subyektlərində yoxlamalar aparılır, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Həmçinin Agentliyin 1003 – “Çağrı mərkəzi”nə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər həyata keçirilir.
Bu sahədə şəffaflığın və operativliyin artırılması, eləcə də sahibkarların hüquqlarının qorunması, həmçinin yerlərdə yoxlamaları həyata keçirən Agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə AQTA tərəfindən innovativ texnologiyalardan geniş istifadə olunur. Belə ki, Agentlik əməkdaşları tərəfindən keçirilən yoxlamaların gedişatının onlayn qeydə alınması, onun mərkəzdən idarə edilməsi, yoxlama materiallarının planşetlər vasitəsilə mərkəzə ötürülməsi və bütün məlumatların Agentliyin vahid məlumat mərkəzində toplanması və idarə edilməsini təmin etmək məqsədilə yeni elektron sistem işə düşüb.
Yeni sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq. Eyni zamanda daxil olan bütün məlumatlar sistem vasitəsilə arxivləşdiriləcək ki, bu da sözügedən məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək. Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək və araşdırmaların şəffaf və operativ həyata keçirilməsini təmin etmək mümkün olacaq. Eyni zamanda arxivləşdirilmiş məlumatlar müfəttişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcəkdir.
Qeyd edək ki, Agentlik bundan sonra da əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi tədbirləri çərçivəsində innovativ metodlardan istifadəni davam etdirəcək.
Oxşar xəbərlər
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı istiqamətində mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq “AGRARCO” MMC tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib. Bu ixrac Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb. Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub. Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları açır. Link:
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş