AQTA ictimai iaşə müəssisələri və ərzaq satışı obyektlərində reydləri davam etdirir
17 İyun 2020 20:14
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 16 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 191-i ictimai iaşə obyekti, 231-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 422 müəssisədə reyd keçirilib.
Bakı şəhəri üzrə:
Nəsimi rayonunda “Şəki” və “Ailəvi” restoranları
Suraxanı rayonunda “Xəzər” kafesi
Xəzər rayonu Türkan kəndində “Türkan” restoranı
Nərimanov rayonunda “Abu” market
Digər rayon və şəhərlər üzrə:
Abşeron rayonu Novxanı kəndində “As-Araz”, “Al market”, “Grandmart” market
Xırdalan şəhərində “Beyazit Lahmacun” restoranı, fiziki şəxs Məmmədov İlqar Həsən oğluna məxsus kafe
Sumqayıt şəhərində fiziki şəxs Əhmədova Xavər Məmməd qızına məxsus kafe
Bərdə rayonunda fiziki şəxs Quliyev Mədət Malçı oğluna məxsus yeməkxana, fiziki şəxs Nəsirov Mirzə Balaca oğluna məxsus “Şuşa” kafesi, “Yaşıl” və “Sahil” kafeləri, fiziki şəxs Məmmədov Rafiz Saqif oğluna məxsus market
Ağsu rayonunda fiziki şəxs Əhmədov Yalçın Əmiraslan oğluna məxsus kafe, fiziki şəxs Rafiqli Rəvana məxsus yeməkxana
Qazax rayonunda “Göyəzən”, “Köz dönər”, “Palma”, “Göyçə” restoranları, “Anar” market
Quba rayonunda “Alma”, “Yüksəl”, “Ay işığı” restoranları, “Princes” market
Şəmkir rayonunda “Alaxantallı”, “Ozan”, “Sərin”, “Murad”, “Uğur”, “Görüş” kafeləri, “Ceyhun”, “Əli”, “Ələkbər” və “Elmir” marketlər, fiziki şəxs Məmmədov Rövşən Hidayət oğluna, Kamilova İradə Fərhad qızına məxsus marketlər
Ucar rayonunda “Nuş olsun” və “Yay” kafeləri
Xaçmaz rayonunda “Çinar” restoranı, fiziki şəxs Müslümov Emin Ağasbala oğluna məxsus “Euro” market
Göyçay rayonunda fiziki şəxs Əliyev Ceyhun Əhməd oğluna məxsus market
Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Aləm”, “Qızılhacılı”, “İdeal”, “Al market”, “Kral”, “Çökək”, “Aysberq” və fiziki şəxs Novruzov Ziya Qəhrəman oğluna məxsus market
Oğuz rayonunda fiziki şəxs Əhmədov Qəşəm İzmət oğluna məxsus market
Qəbələ rayonunda Səbzəliyev Daşqın Nizami oğluna məxsus market
Balakən rayonunda Umarova Rəna və Çantayev Rahiləyə məxsus market
Lənkəran şəhərində Əliyev İlham Yusif oğluna və Mövsümzadə Mövsüm Əlisahib oğluna məxsus market
Sabirabad rayonunda Abdullayev Bilal, Abbasov Arzu, Zeynalov Arzuya məxsus marketlər, Cavad kəndində fəaliyyət göstərən “Mehrac” və “Oba” marketlər
İmişli rayonunda “Məhəmməd”, “Dostlar”, “Rəşad”, Ağsu şəhərində fiziki şəxslər - Əsgərov Lətif Mehman oğlu, Ələkbərov Nəsir Adil oğlu, Əliyev Cavanşir Əyyam oğlu, Hüseynov Arif Nəriman oğlu, Həşimov Elnur Oktay oğlu, Cəbrayılov Elçin Füzuli oğluna məxsus marketlər daxil olmaqla reyd keçirilən 232 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.
Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş