AQTA ilə Belarusun müvafiq qurumu arasında görüş keçirilib
3 Avqust 2026 10:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Dövlət Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi arasında fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair onlayn görüş keçirilib.
Görüşdə fitosanitar sertifikatların elektron mübadiləsinin biznes prosesləri, texniki inteqrasiya yanaşmaları, məlumatların formatları, informasiya təhlükəsizliyi tələbləri, eləcə də sistemlərarası qarşılıqlı əlaqə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair ilkin fəaliyyət planını təkmilləşdirərək növbəti görüşdə razılaşdırmaq qərarına gəliblər.
Oxşar xəbərlər
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
Amerika ağ kəpənəyi ilə bağlı maarifləndirici görüşlər keçirilir
Azərbayca Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirləri barədə əhalinin məlumatlandırılması məqsədilə Şəki rayonunun Aşağı Göynük, İnçə, Biləcik, Baltalı, Zaqatala rayonunun Aşağı Tala, Göyəm, Maqov və Fındıqlı kəndlərində maarifləndirici tədbirlər keçirilib. Görüşlərdə sakinlərə zərərvericinin xüsusiyyətləri, yayılma yolları, bitkilərə vurduğu zərər və ona qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. Tədbirlər çərçivəsində sakinlərə maarifləndirici bukletlər paylanılıb, onların sualları cavablandırılıb. AQTA tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması, bitki sağlamlığının qorunması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş