AQTA ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
5 Mart 2021 17:09
4 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Beynəlxalq Donor təşkilatları arasında videokonfrans formatında Donor Əlaqələndirmə Görüşü keçirilib.
Görüşdə iştirak edən Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva Agentlik yarandığı vaxtdan donor təşkilatları tərəfindən göstərilən dəstək və AQTA ilə donor təşkilatları arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əməkdaşlığın bundan sonra da birgə işlərə müsbət təsir göstərəcəyini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Agentliyin donor təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı (WB), Avropa İttifaqı (EU), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Asiya İnkişaf Bankı (ADB), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA), eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə hazırda həyata keçirilən layihələr üzrə hazırlanmış strategiya və AQTA tərəfindən müəyyən edilmiş texniki dəstəyə ehtiyac duyulan sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş