AQTA istehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin sayını və yoxlamaların nəticələrini açıqladı
7 İyun 2021 21:06
2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 563 şikayət daxil olub.
5 ay ərzində ən çox şikayət mart ayında daxil olub. Hesabat dövründə daxil olan müraciətlərin məhsul qrupları üzrə təsnifatına əsasən süd və süd məhsullarına dair şikayətlərin sayı daha çox olub. 2-ci və 3-cü yerlərdə ət və ət məhsulları, un və unlu qənnadı məmulatları yer alıb. Ən az şikayət isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alınıb. Onu da qeyd etmək lazımdır ki, müraciətlərdən 238-i müəyyən bir məhsula aid edilmədən xidmətlə bağlı olmuşdur.
Bu dövr ərzində istehlakçılar tərəfindən ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi “Araz supermarket”, ən çox şikayət olunan un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi “Azza” şirniyyat evi, ən çox şikayət olunan ictimai iaşə müəssisəsi isə Sumqayıt şəhəri, 20-ci məhəllə, Gənclik küçəsində fəaliyyət göstərən “Xan Çinar” kafesi olub.
Daxil olan müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması ilə bağlı (146) olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57) ,eyni zamanda son istifadə tarixi bitmiş qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub. Ən az sayda şikayət məhsulların çəkisinin qablaşdırmada göstərilən çəkidən fərqli olması (kəmiyyət saxtalaşdırılması) və qablaşdırılması, eyni zamanda dövriyyəsi qadağan olunmuş məhsulların satışı ilə bağlı olmuşdur.
Qeyd olunan dövr ərzində daxil olan müraciətlərin qida zəncirinin müxtəlif mərhələləri üzrə təsnifatına əsasən satışla bağlı şikayətlərin sayı üstünlük təşkil edib. Qida zəncirinin daşınma və saxlanma mərhələsi üzrə isə daha az sayda şikayət daxil olub.İstehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırılması nəticəsində 209 şikayət öz təsdiqini tapıb və Agentlik tərəfindən qanunvericiliyə əsasən müvafiq tədbirlər görülüb. 185 müraciətdə göstərilən fakt öz təsdiqini tapmayıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş