AQTA istixanalarda monitorinqləri davam etdirir
22 Yanvar 2022 14:08
![AQTA istixanalarda monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5863/16824846756190.jpg)
![AQTA istixanalarda monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5863/16824846756191.jpg)
![AQTA istixanalarda monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5863/16824846756192.jpg)
![AQTA istixanalarda monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5863/16824846756190.jpg)
![AQTA istixanalarda monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5863/16824846756191.jpg)
![AQTA istixanalarda monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5863/16824846756192.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin tətbiq edilən və ciddi iqtisadi zərərə səbəb olan virus mənşəli xəstəliklərin vaxtında aşkar edilməsi, həmçinin təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı mövcud qaydalara əməl olunmasına nəzarəti təmin etmək məqsədilə mütəmadi olaraq istixanalarda monitorinqlər aparır.
AQTA əməkdaşları tərəfindən Şəki rayonu, Öryət kəndində yerləşən, fiziki şəxs Əhmədov Elman Əliş oğluna məxsus istixanada fitosanitar müşahidələr aparılıb, fitosanitar ekspertiza və virusoloji müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub. Eyni zamanda virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə istehsal sahələrində sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında təsərrüfat sahibinə müvafiq tövsiyə və təlimatlar verilib.
Qeyd edək ki, son dövrlər Avropa və Aralıq dənizi regionu ölkələrində qonur qırışıqlıq virusu və pepino mozaika virusu yayılmaqla öz coğrafiyasını genişləndirib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)