AQTA kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb
15 Aprel 2023 11:26
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.
AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.
AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.
Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
|
Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosiska məhsullarına dair |
|||||
|
№ |
Məhsulun istehsalçısı |
Məhsulun |
Məhsulun növü |
İstehsal tarixi |
Aşkarlanan uyğunsuzluq |
|
1 |
"Sevilən Ad" MMC |
"Dilim-Dilim" |
Bişmiş "Doktorskaya" kolbasası |
23.02.2023 |
Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb |
|
2 |
"Dilim-Dilim" |
Bişmiş "Lyubitelskaya" kolbasası |
23.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
|
3 |
"Əsl Dad" |
Bişmiş hisə verilmiş kolbasa |
20.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
|
4 |
"Əsl Dad" |
Hisə verilmiş sosiska |
27.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
|
5 |
"Mir 2016" MMC |
"Köhnə Dad" |
Bişmiş "Doktorskaya" kolbasası |
19.01.2022 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
6 |
"Hakan Foods" MMC |
"Yeni Dad" |
"Qız qalası" sosiskası |
20.02.2023 |
Üzərində mal əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
7 |
"Kral" |
Bişmiş "Xlebnaya" halal kolbasası |
10.03.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
|
8 |
Fiziki şəxs |
"Dadlıca" |
Bişmiş "Lyubitelskaya" kolbasası |
12.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
9 |
Fiziki şəxs |
"Best Beef" |
Bişmiş hisə verilmiş "Servalat" kolbasası |
21.02.2023 |
Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb |
|
10 |
Əla növ "Ocaq" sosiskası |
09.02.2023 |
Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb |
||
|
11 |
"Al-Sana" MMC |
"Al Sana Payım" |
"Keşlə" sosiskası |
01.03.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
12 |
İlya Kudelin Vasilyeviç |
"İli" |
sosiska |
10.02.2023 |
Üzərində donuz və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş