AQTA Könüllü Qida Nəzarətçiləri tərəfindən Bakı şəhəri və regionlarda yerləşən market şəbəkələrində maarifləndirici çap materialları paylanılıb
7 İyun 2022 17:55
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunan maarifləndirmə və təbliğat-təşviqat işləri davam etdirilir.
Beynəlxalq tarix ilə əlaqədar olaraq, AQTA Könüllü Qida Nəzarətçiləri Bakı şəhəri və regionlarda yerləşən market şəbəkələrində “5 addımda qida təhlükəsizliyi”, “Konservləşdirilmiş qidalar”, “Bakteriya mənşəli qida zəhərlənmələri”, “Qida məhsullarının etiket məlumatları” mövzularında çap materialları paylayıblar.
Ümumdünya Qida Təhlükəsizliyi Gününün cari il üçün “Təhlükəsiz qida ilə sağlam gələcəyə” şüarını əks etdirən bröşürlərdə qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr, konservləşdirilmiş qidalar və s. məlumatlar yer alıb. Bu məlumatlara əsasən, düzgün istifadə olunmamış konservlərdə yaranmış bakteriyalar qida zəhərlənmələrinə səbəb ola bilər. Keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Konserv istehsalı zamanı hazırlanma texnologiyasına ciddi riayət olunmalıdır.
Bundan əlavə, broşürlərdə məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılır. İstənilən qida məhsulunun etiketində adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlanılma şərtləri, istehsalçının adı və ünvanı, istifadəçiyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri əksini tapmalıdır. Qida məhsullarını seçərkən etiket məlumatlarını oxumaq və üzərindəki işarələrə diqqət yetirmək vacibdir. Bu, istehlakçının məlumatlı olması ilə yanaşı, qida sahəsində fəaliyyət göstərən sahibkarlq subyektlərinin öz işinə daha məsuliyyətlə yanaşmasına gətirib çıxarır.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş