AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb
12 Oktyabr 2020 17:20
"Könüllü Qida Nəzarətçisi" proqramının iştirakçıları koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Belə ki, 13 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) könüllüləri Bakı şəhəri Yasamal rayonunda yerləşən ərzaq satışı müəssisələrində maarifləndirmə tədbirləri aparıblar. "Könüllü Qida Nəzarətçisi" proqramının iştirakçıları AQTA tərəfindən hazırlanan maarifləndirici məlumatları istehlakçılara paylayıblar. Həmçinin könüllü qida nəzarətçiləri ərzaq mağazaları müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılması, tibbi maskadan istifadənin önəmi ilə bağlı tövsiyələri istehlakçıların nəzərinə çatdırıblar.
Könüllü qida nəzarətçiləri karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı istehlakçıları tanış edib, eyni zamanda könüllü qida nəzarətçiləri tibbi maskasız ərzaq mağazaları və ictimai iaşə müəssisələrinə daxil olan şəxslərə maska və əlcəklər təqdim edib, fərdi mühafizə vasitələrinin virusdan qorunmaqda əhəmiyyətini onların diqqətinə çatdırıblar.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə AQTA tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində maarifləndirmə xarakterli reydlər həyata keçirilir, sahibkarlıq subyektləri, işçi heyət və istehlakçılar xəstəliyin profilaktikası, virusdan qorunmaq yolları barədə ətraflı məlumatlandırılır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş