AQTA koronavirusun profilaktikası çərçivəsində 235 müəssisədə reyd keçirib
21 İyul 2020 18:26
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 20 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 53 ictimai iaşə obyekti, 182 ərzaq satışı mağazası olmaqla ümumilikdə 235 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 86-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Kamal oğlu”, “Bayram”, “Baba”, “Yeni”, “ƏVOA” MMC-yə məxsus marketlər, İsgəndərov Həyətxan Hüseynəli oğluna, Dadaşov Elçin Rüstəməli oğluna, Sarayeva Gülarə Vaqif qızına, Kərimov İsmayıl İsrafil oğluna, Məmmədli Arif Mehdi oğluna, Kərimov Əmir Kamil oğluna, Səmədov Feyruz Səməd oğluna və Məmmədov Davud Qurban oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Novxanı kəndində Məmmədov Fəqan Etibar oğluna məxsus ət satışı mağazası
Sumqayıt şəhərində “Səda store” və “Grandmart” marketlər
Xaçmaz rayonunda Tomayeva Nəzakət Molla qızına, Ağayev Samin Sabir oğluna, Ələskərov Məhərrəm Sərdar oğluna, İdrisov Tural Afər oğluna, Kərimova Rəşadət Abdul qızına, Gəbəkbəyov Əfqan Abdulrəhim oğluna, Səlimov Kamran Cəbrayıl oğluna məxsus ərzaq satışı mağazaları, Ağayev Nemət Sadıq oğluna, Kərimov Eyvaz Kərəm oğluna, Nəsrullayev Bəxtiyar Balahməd oğluna məxsus ət satışı mağazaları
Şabran rayonunda İsayev Güləddin Mürsəl oğluna, Qəniyev Məhəmməd İkram oğluna, Bağırov Taleh Arif oğluna, Cəfərov Mehrac Zal oğluna, Məmmədov Mənsur Sabir oğluna və Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları
Salyan rayonunda Axundov Nurlan Əlixeybər oğluna, Cəfərov Toğrul Mahir oğluna, Rzayev Fuad Abseyin oğluna məxsus kafelər, Tağızadə Samid Aləddin oğluna məxsus ərzaq mağazası
Şamaxı rayonunda “Fortuna” restoran, “Narınc” yeməkxana, “Eldarado” market
Göyçay rayonunda Əhmədov Çingiz Ağaismayıl oğluna, Fərəcov Mehdi Baləli oğluna məxsus kafelər, “Nar çiçəyi” kafe
Kürdəmir rayonunda Baxşıyev Qurban Xudabaxış oğluna, Hüseynova Zəminə Hüseynalı qızına, Kərimova Yazgül Yusif qızına və Xələfova Lalə Paşa qızına məxsus ərzaq mağazaları, “Paşa” və “Buta” marketlər
Ağdaş rayonunda “Yusif Araz”, “1 inci” marketlər, Məmmədov Bilal Məmməd oğluna, Yusifov Sahib Nəsib oğluna məxsus ərzaq mağazaları, “Novruz” kafe, “İKA” restoran, “Şərab evi” mağazası
Lənkəran rayonunda “Rəhimli” və “Nihad” marketlər
Zaqatala rayonunda Xalayev Məmmədəli Məmməd oğluna, Əliyev Afər Məmməd oğluna, Şabanov Bahəddin Şaban oğluna, Rəcəbov Rəşid Şaban oğluna, Məmmədov Cavanşir Mahmud oğluna məxsus kafelər
Balakən rayonunda Bodurov Yəhya Cəlal oğluna, Məmmədova Nəzakət Fikrət qızına məxsus ərzaq mağazaları
Qax rayonunda İsaqov Əfqan Sabir oğluna məxsus kafe, Şeydayev Bəhruz Əli oğluna məxsus ərzaq mağazası
Qəbələ rayonunda “Üç bulaq”, “Çənlibel”, “Alıbəy” restoranları
Gəncə şəhərində “Elxan”, “Həsən”, “Yusif”, “Asim”, “Ruzi”, “Röya”, “Yunis” və “Əminə” marketlər
Tovuz rayonunda “Qartal” kafe
Qazax rayonunda “Ağbulaq”, “Güllü”, “Zirvə” kafelər, “Qorxmaz” ərzaq mağazası
Ağstafa rayonunda “Karvan”, “Göyçə”, “Zəlimxan” kafelər, “Ağstafa” ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş