AQTA koronavirusun profilaktikası çərçivəsində daha 209 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
4 İyul 2020 14:40
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 03 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 52 ictimai iaşə obyekti, 157 ərzaq satışı mağazası olmaqla ümumilikdə 209 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Good food Azerbaijan” MMC-yə məxsus ərzaq mağazası, “24 saat”, “Xəzər”, “Panda”, “Savalan”, “Yeni market”, “Sizin” marketlər, İmaməliyev Ələkbər Hacıağa oğluna, Nəbiyev Əlihüseyn Əlibaba oğluna, Qurbanov Zaur Paşa oğluna, Məmmədova Nəzmiyə Rəsul qızına, Qambayev Elşən Zülfiqar oğluna, Abdullayev Məmmədəli Qasım oğluna məxsus marketlər
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhərində “Qayalı”, “Cavid”, “Günel” və Haqverdiyev Mətanət Rəcəb qızına məxsus ərzaq mağazaları
Göyçay rayonunda “Göygöl”, “İnci”, “Bizim bağ”, “Röya”, “Delux” kafeləri, Mikayılov Suliddin Mikayıl oğluna məxsus kafe və İsrafilov Ənvər Sirac oğluna məxsus market
İsmayıllı rayonunda “Orxan”, “Nihat” və “Oba” marketlər
Ağsu rayonunda “Qaqaş” kafe, “Nicat” market, Həmidov Xalis Şükür oğluna məxsus ərzaq mağazası
Kürdəmir rayonunda Gərayev Məhəmməd Abdulqədir oğluna məxsus ərzaq mağazası
Xaçmaz rayonunda Rüstəmov Fərman Piristan oğluna, Ağabəyov Alik Sadıq oğluna məxsus ət satışı mağazaları
Xudat rayonunda Qafarov Ayətşah Şaral oğluna, Sərdarov Xanlar Əmirsultanoviç oğluna və Əhmədov Elxan Eldar oğluna məxsus kafelər
Sabirabad rayonunda Mehtiyev Mehman Ağabala oğluna məxsus ərzaq mağazası və “Aura” market
Bərdə rayonunda Zərgərov Şövqi İmran oğluna, Hümbətov Nicat Xalid oğluna məxsus ərzaq mağazaları
Ağdam rayonunda Əliyev Əli Alış oğluna məxsus “Quzanlı” kafe, Quliyev Rəmzi Xəlil oğluna məxsus “Ağdam” market, Ələsgərov Bəxtiyar Sədrəddin oğluna, Rəhimov Xaliq Səfqulu oğluna, İsmayılov Vəzirxan Əkbər oğluna, Baxşəliyev Zabir Cavanşir oğluna məxsus ərzaq mağazaları, Ələsgərov Adil Sərdar oğluna və Səfərov Mübariz Qədimalı oğluna məxsus kafelər
Balakən rayonunda “Al” market, Səfərzadə Hafiz Sabir oğluna, Eminov Kamil Əhməd oğluna məxsus marketlər, Xalayeva Nargilə Ziyov qızına məxsus kafe
Qəbələ rayonunda “Oba” və “Al” marketlər, Əlicanov Elçin Eldar oğluna, Cəbiyev Ağahüseyn Abdulhüseyn oğluna məxsus marketlər
Qax rayonunda Qəniyev Malik Nəcəf oğluna, Xasıyev Ənvər Araz oğluna məxsus marketlər
Oğuz rayonunda Atakişiyev Aqil Bəhram oğluna, Nəbiyev Səxavət Knyaz oğluna məxsus kafelər
Şəki şəhərində “Bazarstore” market, Hüseynli Qurban Abid oğluna məxsus kafe
Lənkəran şəhərində “Fədək” və “Aura” marketlər
Göygöl rayonunda “Məngük” və “Qala dibi” restoranlar
Goranboy rayonunda “Sahib” market
Ağstafa rayonunda “Sərinlik” kafe, “Bizim” və “Səmədoğlu” marketlər
Qazax rayonunda “Məkan” kafe
Tovuz rayonunda “Oba” market və Əhmədov Ərəstun Abuzər oğluna məxsus ət satışı mağazası
Ucar rayonunda “Göbələk” restoranı, “City klub” və “Qumlaq” kafelər, “Elvin” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş