AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
10 Fevral 2021 18:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 9 fevral 2021-ci il tarixində ölkə üzrə 398 ictimai iaşə obyektində 621 monitorinq keçirilib. Monitorinqlər zamanı 40 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ümumilikdə 25 200 manat məbləğində cərimə tətbiq olunub.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Rəşad Cabbar oğluna məxsus “Qaraj” kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Şəmmədov Nazim Allahyar oğluna məxsus “Əsrik Dərəsi” çay evi;
3. Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Elşən Ziyadxan oğluna məxsus kafe;
5. Xətai Rayonu, G. Şıxlinski küç., ev 29/42 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Eşqin Müqabil oğluna məxsus “Göy-göl” kafesi;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Nazim İsmayılov küç., ev 69 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Zöhrab Sahib oğluna məxsus pub;
7. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ştq, Nardaran qəsəbəsi, ev. 4/1 ünvanında yerləşən, hüquqi şəxs "Earr Group" MMC-yə məxsus “Rose Bar” restoranı;
8. Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, fiziki şəxs İbrahimov Ceyhun Həsən oğluna məxsus "Shani" restoranı;
9. Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, fiziki şəxs Paşayev İlman Mansur oğluna məxsus "Sərin" kafesi;
10. Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, fiziki şəxs Qasımlı Qasım Əkbər oğluna məxsus "Corona Pub" kafesi;
11. Abşeron rayonu, Fatmayı kəndində (Mehdiabad ərazisinə yaxın) yerləşən, fiziki şəxs Seyidov Nurəddin Mirəsəd oğluna məxsus "Şeff Lounge" restoranı;
12. Gəncə şəhəri, Nizami Gəncəvi 20. ünvanında yerləşən, hüquqi şəxs "Möcüzəli Naftalan-Sağlamlıq Mərkəzi" MMC-yə məxsus kafe;
13. Gəncə şəhəri, İslam Həsənzadə 23. ünvanında yerləşən, fiziki şəxs Cəfərov Sərxan Baloğlan oğluna məxsus çay evi;
14. Gəncə şəhəri, Dədə Qorqud 11D. ünvanında yerləşən, fiziki şəxs Kərimov Etibar Abbas oğluna məxsus kafe;
15. Şirvan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əmirov Xəqani Nizami oğluna məxsus kafe;
16. Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs İslamov İslam Abuzər oğluna məxsus kafe;
17. Ağdaş rayonu, Müşfiq İsayev küçəsi 7/4 ünvanında yerləşən, fiziki şəxs Rəsulov Araz Ərziman oğluna məxsus kafe;
18. Ağdaş rayonu, H. Əliyev prospekti 88 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ruslan Yunus oğluna məxsus kafe;
19. Ağdaş rayonu, Qarağan kəndində yerləşən, fiziki şəxs Ağayev Elxan Cavanşir oğluna məxsus kafe;
20. Ağdaş rayonu, Qəbələ 4 yoIu, S. Salehov ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Arif Şoşan oğluna məxsus kafe;
21. Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Abbas İlyas oğluna məxsus kafe;
22. Lənkəran rayonu, Liman şəhərində yerləşən, fiziki şəxs Feyziyev Fariz Fayiq oğluna məxsus kafe;
23. Lənkəran rayonu, Liman şəhərində yerləşən, fiziki şəxs Əsgərov Rəşad Əfrail oğluna məxsus kafe;
24. Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən, fiziki şəxs Kazımov Sabir Məmmədəli oğluna məxsus kafe;
25. Masallı rayonu, Ərkivan kəndində yerləşən, fiziki şəxs Şamiyev Mahir Bəybala oğluna məxsus kafe;
26. Masallı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsgərov Müşviq Müştaba oğluna məxsus kafe;
27. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Kərimov Cavid Qalib oğluna məxsus kafe;
28. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Əhmədov Arzu Arif oğluna məxsus kafe;
29. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Məmmədov Hacı Vaqif oğluna məxsus pub;
30. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Məmmədova Aynurə Rafiq qızına məxsus kafe;
31. Şamaxı rayonu, M. Ə. Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Nəbiyev Səməndər Gülhəsən oğluna məxsus kafe;
32. Ağsu rayonu, Nüydü kəndində yerləşən, fiziki şəxs Osmanov Saleh Fəraiz oğluna məxsus kafe;
33. Xaçmaz rayonu R. Behbudov küçəsində yerləşən, fiziki şəxs Qasımov Vüqar Məmməd oğluna məxsus restoran;
34. Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, fiziki şəxs Ələnmədov Vahid Qeybulla oğluna məxsus kafe;
35. Oğuz rayonu, H. Əliyev küçəsində yerləşən, fiziki şəxs Alxasov Asif Arif oğluna məxsus kafe;
36. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Abdıyev İsmayıl Yusif oğluna məxsus kafe;
37. Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, fiziki şəxs Camalov Akif Yunis oğluna məxsus kafe;
38. Qazax rayonu, Çaylı kəndində yerləşən, fiziki şəxs Alıyev Murad Abduləli oğluna məxsus kafe;
39. Ucar rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Nağıyev İbadət Akif oğluna məxsus "Qumlaq" çay evi;
40. Beyləqan şəhəri, S. Qazıyeva küçəsində yerləşən, fiziki şəxs Hacızadə Məhəmməd Yusif oğluna məxsus "Sərin" kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Giriş