AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
14 Fevral 2021 18:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 13 fevral 2021-ci il tarixində ölkə üzrə 463 ictimai iaşə obyektində 737 monitorinq keçirilib. Monitorinqlər zamanı 45 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, M.Seyidov ünvanında yerləşən, fiziki şəxs Kara İlhana məxsus kafe;
2. Bakı şəhəri, Çobanzadə-2 ünvanında yerləşən, fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus " Xan bağı " restoranı;
3. Bakı şəhəri, K.Atatürk ev parkın içi ünvanında yerləşən, fiziki şəxs Həqiqətzadə Pünhana məxsus kafe;
4. Bakı şəhəri, Fətəlixan Xoyski ev.98 830-835 məh.m ünvanında yerləşən, fiziki şəxs Məmmədov Pünhan Valeh oğluna məxsus kafe;
5. Bakı şəhəri, Qurban Abbasov küç.ev.1 ünvanında yerləşən, hüquqi şəxs "Yeni Bulvar " MMC – yə məxsus restoran;
6.Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev.49 q m.59 ünvanında yerləşən, fiziki şəxs Könül Kazımova Əliağa qızına məxsus kafe;
7. Bakı şəhəri, Qaraçuxur ŞTQ, Ə.Mehpalıyev ünvanında yerləşən, fiziki şəxs Muradov Elnur Tofiq oğluna məxsus kafe;
8. Bakı şəhəri, Kazımovski ünvanında yerləşən, fiziki şəxs Məmmədov Camal Kamil oğluna məxsus "Qaxac" restoranı;
9. Bakı şəhəri, Azadliq prospekti 231 ünvanında yerləşən, fiziki şəxs Celilov Vüqar Vilayet oğluna məxsus kafe;
10. Bakı şəhəri, Mətbuat pr ev 35E ünvanında yerləşən, fiziki şəxs Salmanzadə Ramil Kamil oğluna məxsus restoran;
11. Bakı şəhəri, nəsimi rayonu, Səməd Vurğun ev.87 m. ünvanında yerləşən, fiziki şəxs Əliyev Nihad Rauf oğluna məxsus kafe;
12. Bakı şəhəri, Nizami ev44 ünvanında yerləşən, hüquqi şəxs Mehdiyeva Şəhlaya məxsus restoran;
13. Bakı şəhəri, Qardaşları ev 3 m.1 ünvanında yerləşən, hüquqi şəxs Hüseynov Raqilə məxsus restoran;
14. Bakı şəhəri, S.Vurğun ev 3 m ünvanında yerləşən, hüquqi şəxs Quliyev Rəvana məxsus restoran;
15. Bakı şəhəri, səbail rayonu ,azadlıq pr. ev.3 m.1 ünvanında yerləşən, hüquqi şəxs "Azemat" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "dominos" restoran;
16. Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev.83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus kafe;
17. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev ev.13 ünvanında yerləşən, fiziki şəxs Həsənov Rövşən Eyvaz oğluna məxsus çay evi;
18. Sumqayıt şəhəri, Novxanı yolu ünvanında yerləşən, fiziki şəxs Tapdıqov Ruslan Qivami oğluna məxsus "İbiza" restoranı;
19. Sumqayıt şəhəri, Sahil zolağı ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Orxan Əfqan oğluna məxsus "Yelkən" kafe;
20. Sumqayıt şəhəri, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafe;
21. Sumqayıt şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ramil Namiq oğluna məxsus "Royal Castle" restoranı;
22. Tovuz rayonu, Hunanlar kəndində yerləşən fiziki şəxs Məmmədov Elçin Hidayət oğluna məxsus kafe;
23. Saatlı rayonu, Saricalar kəndində yerləşən fiziki şəxs Əzizov Xalid Fərəc oğluna məxsus kafe
24. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fiziki şəxs Sadıqov Məhərrəm Ərzulla oğluna məxsus kafe
25. Şirvan şəhəri, G.Şıxbala küçəsində yerləşən fiziki şəxs Cəfərov Elxan Alxan oğluna məxsus kafe
26. Hacıqabul rayonu, H.Həmidov küçəsində yerləşən fiziki şəxs Məmmədov Mübariz Azər oğluna məxsus çay evi
27. Mingəçevir şəhəri, Abdulla Şaiq 4d ünvanında yerləşən fiziki şəxs Mustafayev Zaur İlyaz oğluna məxsus kafe
28. Bərdə rayonu, N. Rəfibəyli küçəsində yerləşən fiziki şəxs İsayev Tural Nazim oğluna məxsus kafe
29. Bərdə rayonu, Ü .Hacıbəyov küçəsində yerləşən fiziki şəxs Nadirov Vüsal Ramil oğluna məxsus kafe
30. Ağsu rayonu, Bakı-Qazax yolunun 141-ci kilometrliyində yerləşən fiziki şəxs Qədirov Qadir Qənimət oğluna məxsus kafe
31. Ağsu rayonu, Bakı-Qazax yolunun 148-ci kilometrliyində yerləşən fiziki şəxs Hüseynov Çingiz Hüseyn oğluna məxsus restoran
32. Ağsu rayonu, Bakı-Qazax yolunun 148-ci kilometrliyində yerləşən fiziki şəxs Sadıqzadə Elkin Ağasəlim oğluna məxsus restoran
33. İsmayıllı rayonu, Ə.Ələkbərzadə küçəsində yerləşən fiziki şəxs Ağayev Elşən Məhəbbət oğluna məxsus kafe
34. İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fiziki şəxs İsgəndərov Orxan Elxan oğluna məxsus kafe
35. Lənkəran şəhəri, Digah yolunda yerləşən fiziki şəxs Ağayev Rəmzi Dursun oğluna məxsus kafe
36. Masallı rayonu, H.Əliyev prospektində yerləşən fiziki şəxs Nəsirov Tural Füzuli oğluna məxsus kafe
37. Lənkəran şəhərində yerləşən fiziki şəxs Babayev Raiq Rafiq oğluna məxsus kafe
38. Lənkəran şəhərində yerləşən fiziki şəxs Rzayev İlham Surət oğluna məxsus kafe
39. Qəbələ rayonu, İsmayıl Bəy, ev 5 ünvanında yerləşən fiziki şəxs Fərzəliyev Şaiq Mirsəməd oğluna məxsus “Fortuna restoran”ı
40. Goranboy rayonu, H.Əliyev pr 16 ünvanında yerləşən fiziki şəxs Əlirzayev Akif Rasim oğluna məxsus kafe
41. Goranboy rayonu, Yaşayış massivi 58 kvrart ünvanında yerləşən fiziki şəxs Həsənov Rövşən Qorçu oğluna məxsus kafe
42. Goranboy rayonu, 16 cı kvartal ünvanında yerləşən fiziki şəxs smayılov Ayaz Qulu oğluna məxsus kafe
43. Samux rayonu, Navağalı qəsəbəsində yerləşən fiziki şəxs Quliyev Ramal Hamil oğluna məxsus kafe.
44. Bərdə rayonu, H. Əliyev prospektində yerləşən fiziki şəxs Nəzirli Qüdrət Qadir oğluna məxsus kafe.
45. Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən fiziki şəxs Salmanov Pərviz Müşfiq oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.