AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
15 Fevral 2021 17:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 14 fevral 2021-ci il tarixində ölkə üzrə 444 ictimai iaşə obyektində 742 monitorinq keçirilib. Monitorinqlər zamanı 28 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi yaxınlığında yerləşən, fiziki şəxs Həsənov Naib Telman oğluna məxsus “Bakı gecələri” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə ev.48 ünvanında yerləşən, fiziki şəxs Rzayev Böyükağa Qafar oğluna məxsus çay evi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Ruhulla Axundov (Bakıxanov qəs.) ev.2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Binəqədi Şosesi, Novxanı kəndi m.5 ünvanında yerləşən, fiziki şəxs Əliyev Aynur Rəşid oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli ev.34 m.1 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsal Saleh oğluna məxsus “Xal-Xal” kafesi;
6. Bakı şəhəri, Yeni Günəşli AB yaşayış massivində yerləşən, fiziki şəxs Kərimova Səma Ələddin qızına məxsus kafe;
7. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 2 MK ev.15 ünvanında yerləşən, fiziki şəxs Quliyev İlqar Yaşar oğluna məxsus “Marmaris Restoran”ı;
8. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. ev.417 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Sadiq Tofiq oğluna məxsus kafe-dönərxana;
9. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən, fiziki şəxs Abdıyev Asif Sadıx oğluna məxsus “Manqal dönər” kafesi;
10. Bakı şəhəri, Nizami ray., Keşlə ştq, Davud Aslanov, ev 16 ünvanında yerləşən, fiziki şəxs Veysəlov Elməddin Nüsrət oğluna məxsus “Qəbələ” kafesi;
11. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov, ev 2 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;
12. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov, ev 7D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus “Kənd Qəbələ” kafesi;
13. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Vağzal küç. K1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Rəhimov Ramil Dilman oğluna məxsus kafe;
14. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Ə. Mehpalıyev ünvanında yerləşən, fiziki şəxs Muradov Elnur Tofiq oğluna məxsus kafe;
15. Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva ev.3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rahim Rahib oğluna məxsus restoran;
16. Gəncə şəhəri, Ş.İ.Xətai pr. ilə Tağı Arani kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Asif Vəli oğluna məxsus restoran;
17. Gəncə şəhəri Göygöl rayonu Heydər Əliyev pr.-də yerləşən, fiziki şəxs Salmanov Səfər Vəliyəddin oğluna məxsus restoran;
18. Şəki şəhəri, Cumakənd kəndində yerləşən, fiziki şəxs Şəhmirov Sərvər İslam oğluna məxsus kafe;
20. Şəki şəhəri, İncə kəndində yerləşən, fiziki şəxs Bəliyarov Elçin Şəhliyar oğluna məxsus kafe;
21. Göyçay rayonu, Çayarxı kəndi ünvanında yerləşən, fiziki şəxs Qədirov Elnur Ağamməd oğluna məxus kafe;
22. Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus kafe;
23. Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən, fiziki şəxs Vəliyev Mehman Əhəd oğluna məxsus kafe;
24. Masallı rayonu, Qəzvinoba Y. M ünvanında yerləşən, fiziki şəxs Nəhmətov Səmi Mirəkbər oğluna məxsus kafe;
25. Bərdə rayonu, Koroğlu küçəsində yerləşən, fiziki şəxs Aslanov Müzəffər Qazax oğluna məxsus kafe;
26. Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən, fiziki şəxs Mirzəyev Firudin Mətləb oğluna məxsus kafe;
27. Salyan rayonu, Ələt-Astara magistralının 125-ci kilometrliyində yerləşən, fiziki şəxs Ramazanov Arzu Cəfər oğlu məxsus “Bakı Restoranı” kafesi;
28. Salyan rayonu, Şorsulu kəndində yerləşən, fiziki şəxs Cavadov Əbil Azad oğluna məxsus "Ruslan" kafesi;
29. Qazax rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Xudiyev Adil Rəhim oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.