AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
18 Fevral 2021 18:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 17 fevral 2021-ci il tarixində ölkə üzrə 478 ictimai iaşə obyektində 746 monitorinq keçirilib. Monitorinqlər zamanı 47 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 7a 102 ünvanında yerləşən, fiziki şəxs Əliyev Aydın Oqtay oğluna məxsus “Eskabur” çay evi;
2. Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, ev 1 ünvanında yerləşən, fiziki şəxs Aydınzadə Qulam Etibar oğluna məxsus “Boranı” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, M. Məmmədzadə 5\7 ünvanında yerləşən, hüquqi şəxs "Mato Kafe" MMC-yə məxsus “Twice” restoranı;
4. Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 65 ünvanında yerləşən, fiziki şəxs Rəşidov Şərif Müsənnif oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nəsimi rayonu, Qaşqay 71 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlhama Vaqif oğluna məxsus restoran;
6. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., R. İmanov küçəsində yerləşən, fiziki şəxs Yusufov Rövşən Telman oğluna məxsus “Kral” dönər evi;
7. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 105 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Fəxri Şahin oğluna məxsus pub;
8. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç., 178 ünvanında yerləşən, fiziki şəxs Abil Ağayev Əliş oğluna məxsus “Dönəritto” dönər evi;
9. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç., 178 ünvanında yerləşən, fiziki şəxsə məxsus “Dönər köşkü” dönər evi;
10. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəs., 14 İyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus kafe;
11. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, fiziki şəxs Əsgərov Rüstəm İlham oğluna məxsus çay evi;
12. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 51/, H. Hacıyev 1 ünvanında yerləşən, hüquqi şəxs "Fbco" MMC-yə məxsus “Gloria Jeans Coffee” restoranı;
13. Bakı şəhəri, Yasamal rayonu, M. Naxçıvani 15 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Qəhrəman Məhərrəm oğluna məxsus “PIT STOP” kafesi;
14. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küç., ev 27 ünvanında yerləşən, fiziki şəxs Cəfərli İlkin Eldar oğluna məxsus pub;
15. Bakı şəhəri, Nərimanov rayonu, Mirəli qaşqay küçəsi 113 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlham Valeh oğluna məxsus pub;
16. Bakı şəhəri, Nəsimi rayonu, M. Mirqasımov 26 ünvanında yerləşən, fiziki şəxs Qasımov Fəqan Müşviq oğluna məxsus pub;
17. Bakı şəhəri, Sabunçu rayonu, Ramanı 2-ci sahə ünvanında yerləşən, fiziki şəxs Zeynalov Elnur Firudin oğluna məxsus kafe;
18. Bakı şəhəri, Səbail rayonu, Ə. Nəzərov Məktəbli küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus kafe;
19. Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Kərim oğluna məxsus kafe;
20. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov 50 ünvanında yerləşən, fiziki şəxs Ağalarov Araz Ağalar oğluna məxsus kafe;
21. Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə 116 ünvanında yerləşən, hüquqi şəxs “Caspian Logistics” MMC-yə məxsus restoran;
22. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 10 A ünvanında yerləşən, fiziki şəxs Əli Əliyev Əliəkbər oğluna məxsus “kafe №1”;
23. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov ünvanında yerləşən, fiziki şəxs Kantayev Pirdasa məxsus kafe;
24. Bakı şəhəri, Nərimanov rayonu, M. K. Atatürk, ev 33A ünvanında yerləşən, fiziki şəxsə məxsus “The Rooms“ restoranı;
25. Bakı şəhəri, G. Qaryağdı küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus kafe;
26. Bakı şəhəri, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Tatarcıoğlu Abdurrahmana məxsus kafe;
27. Bakı şəhəri, Ə. Əliyev ev 11 ünvanında yerləşən, fiziki şəxs Həsənov Sahib Akif oğluna məxsus kafe;
28. Sumqayıt şəhəri, Yeni bulvar ərazisində yerləşən, fiziki şəxs Toğrul Bayramov Gülbayram oğluna məxsus "Gənclik city" restoranı;
29. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Rahil Sərvər oğluna məxsus "Bol" dönər evi;
30. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsində yerləşən, hüquqi şəxs “İNSIDE PLUS" MMC-yə məxsus “Ammar Grand” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
31. Qax rayonu, H. Əliyev prospekti ünvanında yerləşən, hüquqi şəxs “İmprotex Travel Tours&Conferences” MMC-yə məxsus "Mezolit" restoranı;
32. Qax rayonu, Qaysarlı kəndində yerləşən, fiziki şəxs Bayramova Mehriban Nuru qızına məxsus kafe;
33. Göyçay rayonu, Natavan prospekti yerləşən, fiziki şəxs Abdullayev Emil Faiq oğluna məxsus çay evi;
34. İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən, fiziki şəxs Nuriyev Zamin Rasim oğluna məxsus kafe;
35. İsmayıllı rayonu, Diyallı kəndində yerləşən, fiziki şəxs Mustafayev Fərman Afiq oğluna məxsus kafe;
36. Şamaxı rayonu, Qaravəlli kəndində yerləşən, fiziki şəxs Əliyev Oktay Əli oğluna məxsus kafe;
37. Salyan rayonu, A. Ağabəyli küçəsində yerləşən, fiziki şəxs Səmədov Nurəddin Məmməd oğluna məxsus kafe;
38. Saatlı rayonu, M. Ağayev küçəsində yerləşən, fiziki şəxs Həsənov Rasim Ağavəli oğluna məxsus kafe;
39. Yevlax şəhəri, Pişəvəri küçəsində yerləşən, fiziki şəxs Əhmədova Mətanət Telman oğluna məxsus kafe;
40. Yevlax şəhəri, Nizami PR31 ünvanında yerləşən Hüseynov Elbrus Niyaz oğluna məxsus yeməkxana;
41. Yevlax şəhəri, B. İmanov küçəsində yerləşən, fiziki şəxs Məhərrəmov Rövşən Sabir oğluna məxsus kafe;
42. Tovuz rayonu, Düz Cırdaxan küçəsində yerləşən, fiziki şəxs Bağırov Rafiq İman oğluna məxsus yeməkxana;
43. Masallı rayonu, 20 yanvar küçəsində yerləşən, fiziki şəxs Həsənov Xoşbəxt Allahverən oğluna məxsus kafe;
44. Ağcabədi rayonu, T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs İsmayılov Mahir Hüseyn oğluna məxsus “İmşans” kafesi;
45. Göygöl rayonu, A. Kazımov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elnur Fizuli oğluna məxsus kafe;
46. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən, fiziki şəxs Bayramov Nicat Əziz oğluna məxsus çay evi;
47. Gəncə şəhəri, Şah İsmayıl Xətai ilə Atatürk pr. kəsişməsində yerləşən, fiziki şəxs Cəfərov Yasin Xəlil oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.