AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
24 Fevral 2021 15:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 23 fevral 2021-ci il tarixində ölkə üzrə 363 ictimai iaşə obyektində 640 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
- Bakı şəhəri, Nizami rayonu, Qarayev küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Eyvazov Rövşən Mehman oğluna məxsus kafe;
- Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev.26, məhəllə 554 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Vüsal Ramiz oğluna məxsus "Ləziz Dad" restoranı;
- Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 111 ünvanında yerləşən, fiziki şəxs Ramazanov Nemət Məhərrəmov oğluna məxsus pub;
- Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 138A ünvanında yerləşən, fiziki şəxs Səfərov Fuad Roman oğluna məxsus restoran;
- Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Qılıncxanov Rəhman Burzu oğluna məxsus kafe;
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB yaşayış massivi ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elçin Sahibxan oğluna məxsus kafe;
- Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəs., C. Qurbanov küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Əliyev Samir Şahlar oğluna məxsus kafe;
- Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Həsən Heydər oğluna məxsus "Faiq" kafesi;
- Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəs., Namiq Quliyev küç. 58 ünvanında yerləşən, fiziki şəxs Həsənova Səmayə Xanəhməd qızına məxsus kafe;
- Bakı şəhəri, Xətai rayonu, Yeryomenko, ev 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus restoran;
- Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 20 ünvanında yerləşən, fiziki şəxs Əyyubova Aidə Ələkbər qızına məxsus restoran;
- Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 54 ünvanında yerləşən, fiziki şəxs Aslanov Şəis Ceyhun oğluna məxsus "Meşəbəyi" kafesi;
- Bakı şəhəri, Qaradağ rayonu, Qızıldağ qəsəbəsində yerləşən, fiziki şəxs Əmirxanov Kamil Temir oğluna məxsus restoran;
- Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3, ev.7 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vidadi oğluna məxsus "Alibaba Nargilə Lounge" restoranı;
- Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov, ev.5, 6-cı mkr-da yerləşən, fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus kafe;
- Bakı şəhəri, Nərimanov rayonu, M. K. Atatürk, ev 31 ünvanında yerləşən, hüquqi şəxs "The Mood" MMC- yə məxsus restoran;
- Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov küçəsində yerləşən fiziki şəxs Sədiyev Hicran Mübariz oğluna məxsus kafe;
- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 214 ünvanında yerləşən, vəzifəli şəxs İsmayılov Cəlil Qafqaz oğluna məxsus restoran;
- Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, fiziki şəxs Zeynallı Elgün Eldar oğluna məxsus "Şahdağ" kafesi;
- Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Quliyev Şahmar Məmməd oğluna məxsus "Naxçıvan mətbəxi" kafesi;
- Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən, fiziki şəxs Babayev Ülfət Mabud oğluna məxsus kafe;
- Salyan rayonu, Y. Qasımov küçəsində yerləşən, fiziki şəxs Salmanov Ceyhun Vaqif oğluna məxsus kafe;
- Sabirabad rayonu, Şəhriyar qaçqın düşərgəsində yerləşən, fiziki şəxs Babayeva Kamilə Firudin qızına məxsus kafe;
- Ağsu rayonu, Bakı-Qazax şosesinin 157-ci kilometrliyində yerləşən, fiziki şəxs Nuriyev Zakir Xanış oğluna məxsus restoran;
- Ağsu rayonu, Bakı-Qazax şosesinin 157-ci kilometrliyində yerləşən, fiziki şəxs Şeydayev Cavanşir Şərbala oğluna məxsus kafe;
- Göyçay rayonu, Natavan küçəsində yerləşən, fiziki şəxs Məcidov Bayram Elşad oğluna məxsus restoran;
- Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Elşən Raqif oğluna məxsus restoran;
- Ağdaş rayonu, Əmirarx kəndində yerləşən, fiziki şəxs Isrəfilov Rafiq Israfil oğluna məxsus kafe;
- Ağdaş rayonu, Masad ərazisində yerləşən, fiziki şəxs Qənbərov Nizami Yusif oğluna məxsus kafe;
- Gəncə şəhəri, Təbriz 128 A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Gəncəvi Həmid oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
Giriş