AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
26 Fevral 2021 13:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 25 fevral 2021-ci il tarixində ölkə üzrə 331 ictimai iaşə obyektində 592 monitorinq keçirilib. Monitorinqlər zamanı 32 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Nizami ev.94 m. ünvanında yerləşən, fiziki şəxs Əhmədova Vüsalə Səmədovna qızına məxsus “Pushkin” pub;
2. Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev. 47 ünvanında yerləşən hüquqi şəxs "Blc Distribution" Mmc-yə məxsus kafe;
3. Bakı şəhəri, Suraxanı rayonu, yaşayış sahəsi V (Yeni Günəşli qəs.) ev.31f ünvanında yerləşən, fiziki şəxs Ənvərov Rafiq Əbdülvahid oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov 35A ünvanında yerləşən, fiziki şəxsə məxsus “Ətirşah lounge“ kafesi;
5. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli 16 ünvanında yerləşən, fiziki şəxs Bağırlı İslam İsmayıl oğluna məxsus restoran;
6. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən, fiziki şəxs Cəlilov Vüqar Vilayət oğluna məxsus restoran;
7. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev 41 ünvanında yerləşən, fiziki şəxs Əmiraslanlı İlkin Əhməd oğluna məxsus restoran;
8. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov, ev 41 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Məhəmməd Şahin oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küç., ev12 ünvanında yerləşən, fiziki şəxs Axundov Məmmədtağı Eldar oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, M. Hadi 51 ünvanında yerləşən, fiziki şəxsə məxsus “Şuşa“ restoranı;
11. Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli 25 V yasayıs massivində yerləşən, fiziki şəxs Haciyev Şərafət Maxsud oğluna məxsus kafe;
12. Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli V yasayıs massivi 5 D saylı binanın yanında yerləşən fiziki şəxs Quliyev Fərhad Xəlil oğluna məxsus çay evi;
13. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 297-299 ünvanında yerləşən, fiziki şəxs Bəkirov Sədrəddin Əsəd oğluna məxsus kafe;
14. Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov 1 d ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elxan Elman oğluna məxsus "AEF" pub;
15. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, ev 18 ünvanında yerləşən, fiziki şəxs Manafov Daşqın İslam oğluna məxsus "Meh" kafesi;
16. Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 11A ünvanında yerləşən, fiziki şəxs Cəbiyev Əlövsət Asət oğluna məxsus pub;
17. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 55/57 ünvanında yerləşən, fiziki şəxs Abbasov Kənan Samir oğluna məxsus kafe;
18. Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, məh 3097 ünvanında yerləşən, fiziki şəxs Əliyev Şahin Mətləb oğluna məxsus kafe;
19. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S. S. Axundov küç., Bina 1/2 ünvanında yerləşən, fiziki şəxs Ömərov İbrahim Zakir oğluna məxsus kafe;
20. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Ticarət cərgəsində yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hüsən oğluna məxsus kafe;
21. Bakı şəhəri, Binəqədi rayonu, Svetlana M. küçəsində yerləşən, fiziki şəxs Həşimov Elbrus Yaşar oğluna məxsus restoran;
22. Bakı şəhəri, Nizami rayonu, B. Cobanzadə küçəsi 2258 ünvanında yerləşən, hüquqi şəxsə “Rəfail kiçik müəssisə”sinə məxsus restoran;
23. Abşeron rayonu, Masazır kəndində yerləşən, fiziki şəxs Səfərov Xəyal Bəxtiyar oğluna məxsus "Çukur" kafesi;
24. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 ünvanında yerləşən, fiziki şəxs Sadıqov Ramin Rolan oğluna məxsus "Davud" çay evi;
25. Hacıqabul rayonu, Navahı kəndində yerləşən, fiziki şəxs Xəlilov Elsevər İsxəndər oğluna məxsus yeməkxana;
26. Hacıqabul rayonu, H. B. Zərdabi küçəsi 42A ünvanında yerləşən, fiziki şəxs Muradov Cavid Etibar oğluna məxsus yeməkxana;
27. Qax rayonu, 28 may küçəsində yerləşən, fiziki şəxs Qardaşov Sərvər Allahverdi oğluna məxsus kafe;
28. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Kərimli Elxan Yavər oğluna məxsus yeməkxana;
29. Göyçay rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Rəşidov Vaqif Qafur oğluna məxsus çay evi;
30. Şamaxı rayonu, Bakı-Qazax yolunun 121-ci kilometrliyində yerləşən, fiziki şəxs Fərmanov Kənan Lazım oğluna məxsus kafe;
31. Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən, fiziki şəxs Nuruşov Anar Şura oğluna məxsus çay evi;
32. Tovuz rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həsənov Emil Şakir oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının ixracında pestisid qalıqları ilə bağlı sahibkarlara xəbərdarlıq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) son dövrlərdə ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarında pestisid qalıqlarının aşkar edilməsi ilə bağlı bildirişlər daxil olub. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, bu hallar əsasən təsərrüfatlarda bitki mühafizə vasitələrinin normadan artıq və texniki reqlamentlərin tələblərinə uyğun olmayan şəkildə tətbiqi, eləcə də məhsulun ixrac edildiyi təyinat ölkələrində aktiv qeydiyyat statusuna malik olmayan təsiredici maddələrdən istifadə olunması ilə əlaqədardır. Sahibkarların bitki mühafizə vasitələrinin seçimi və tətbiqi zamanı məhsulun ixrac ediləcəyi ölkənin tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. Göstərilən tələblərə əməl edilmədiyi halda, ixrac zamanı məhsul partiyasında qarşı ölkədə qeydiyyatda olmayan təsiredici maddələr aşkarlanarsa, həmin partiyanın ixracına icazə verilməyəcəkdir. AQTA sahibkarları mövcud normativ tələblərə ciddi şəkildə əməl etməyə və ixrac fəaliyyətində risklərin qarşısının alınması məqsədilə məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırır.
İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən, Əliyev İmaməddin Məhərrəm oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsinə dair Tədbirlər Planı təsdiq edilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizlik tələblərinə riayət olunmasının gücləndirilməsi və maarifləndirmənin genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 8 dekabr tarixli, 760s nömrəli Sərəncamı ilə “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planında bir neçə fəaliyyət istiqaməti nəzərdə tutulub. Belə ki, çirklənməyə məruz qalmış torpaqların müəyyən edilməsi, qiymətləndirilməsi və yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilərək vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin diaqnostikası və bərpası həyata keçiriləcək. Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmi təkmilləşdiriləcək və proseslərin elektronlaşdırılması təmin ediləcək. Pestisid və aqrokimyəvi maddələrin təhlükəsizlik göstəricilərinin təhlili imkanlarının artırılması məqsədilə mövcud laboratoriya infrastrukturu genişləndiriləcək. Fermerlər üçün təhlükəsiz, səmərəli və məsuliyyətli tətbiq prinsiplərinin formalaşdırılması və yayılması dəstəklənəcək, eləcə də ictimaiyyətin, təsərrüfat subyektlərinin və istifadəçilərin bu sahədə məlumatlılığının artırılması əsas prioritet kimi müəyyən edilib. Tədbirlər Planının icrası kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin artırılmasına, ətraf mühitin qorunmasına və istehlakçıların maraqlarının müdafiəsinə yönəlib. Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlərə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.
Giriş