AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
1 Mart 2021 16:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 28 fevral 2021-ci il tarixində ölkə üzrə 299 ictimai iaşə obyektində 549 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., Şəhriyar küçəsi 30 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elçin Gündüz oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə, ev. 13H ünvanında yerləşən, fiziki şəxs Kazımov Aqil Tahir oğluna məxsus çayxana;
3. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 72 ünvanında yerləşən, fiziki şəxs Nağlyev Elşən Akif oğluna məxsus "Sim-Sim" kafesi;
4. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 76B ünvanında yerləşən, fiziki şəxs Abulov Elməddin Nazim oğluna məxsus "Batumi" kafesi;
5. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, dəniz kənari bağlar ünvanında yerləşən, fiziki şəxs Mayilov Rəcəb Zabil oğluna məxsus kafe;
6. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Lökbatan qəsəbəsi, Sədərək TM, zona 3, Korpus 15, mağaza 127 ünvanında yerləşən, fiziki şəxs Quliyev Rüstəm Rza oğluna məxsus kafe;
7. Bakı şəhəri, Səbail rayonu, Nizami 44 ünvanında yerləşən, hüquqi şəxs "City sevice Company" MMC-yə məxsus “Food Station” kafesi;
8. Bakı şəhəri, Xətai rayonu, N. Tusi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Samirə Xosrovzadə Səməd qızına məxsus “Ampir” kafesi;
9. Bakı şəhəri, Nizami rayonu, Ə. Haciyev 40 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Marina Vladimirovna qızına məxsus kafe;
10. Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 56 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Natiq Rüstəm oğluna məxsus "Bublik" şirniyyat evi;
11. Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov, ev 1E ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Elgiz Xanlar oğluna məxsus "Dönər-Kabab" dönər evi;
12. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küçəsində yerləşən, fiziki şəxs Sultanov Kazım Həsənağa oğluna məxsus kafe;
13. Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küç., ev 207 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Əli Tofiq oğluna məxsus kafe;
14. Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna yolunda yerləşən, fiziki şəxs Əhmədov Mürsəl Qəzənfər oğluna məxsus "Şuşa" restoranı;
15. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 45 ünvanında yerləşən, fiziki şəxs Çukayev Ramazan Abdulla oğluna məxsus kafe;
16. Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən fiziki şəxs, Nəsibov Asif Hümbət oğluna məxsus kafe;
17. İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən, fiziki şəxs Nağıyev Ramiz Mirəhməd oğluna məxsus kafe;
18. Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, fiziki şəxs Əliyev Elmin Mahir oğluna məxsus kafe;
19. Gəncə şəhəri, Vəli Xuluflu küç. 75A ünvanında yerləşən, fiziki şəxs Rəhimov Şöhrət Sədrəddin oğluna məxsus restoran;
20. Balakən rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mustafayeva Dilbər Musa qızına məxsus restoran;
21. Bakı şəhəri, Lökbatan-Xocasən yolunda yerləşən, hüquqi şəxs "Qaradağ Hill" MMC-yə məxsus mehmanxanada fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş