AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
3 Mart 2021 16:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 2 mart 2021-ci il tarixində ölkə üzrə 366 ictimai iaşə obyektində 636 monitorinq keçirilib. Monitorinqlər zamanı 27 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 1 ünvanında yerləşən, fiziki şəxs Musayev Vaqif Əzim oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küç 21 ünvanında yerləşən, fiziki şəxs Aykan Niyaziyə məxsus restoran;
3. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Ə. Mehbalıyev ünvanında yerləşən, fiziki şəxs Cabbarov Rasim Nurbala oğluna məxsus “Bağçalı” kafesi;
4. Bakı şəhəri, Qaradağ rayonu, Binə Ticarət Mərkəzində yerləşən, fiziki şəxs Ağayev Faiq Əlövsət oğluna məxsus kafe;
5. Bakı şəhəri, Sabunçu rayonu, H. Əliyev 1B ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Nadir Rafiq oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 2 mk, ev 15 ünvanında yerləşən, fiziki şəxsİlqar Quliyev Yaşar oğluna məxsus "Marmaris Restoran & Un Məmulatları" restoranı;
7. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 29 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Varis Namaz oğluna məxsus kafe;
8. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi 104 ünvanında yerləşən, fiziki şəxs Sallı Gökhana məxsus "Kasamasa" restoranı ;
9. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.9 ünvanında yerləşən, fiziki şəxs Yunisov Məmməd Canpolad oğluna məxsus “Confetti” çay evi ;
10. Bakı şəhəri, Nərimanov rayonu, A. M. Cümə, ev.15 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Elçin Qərib oğluna məxsus çay evi ;
11. Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev, ev.3 ünvanında yerləşən, fiziki şəxs Qədimova Sevil Bəyalı qızına məxsus "Şərifoğlu” restoranı;
12. Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 4 ünvanında yerləşən, hüquqi şəxs “Welsy” MMC-yə məxsus “Vvelsy By Referans“ restoranı;
13. Bakı şəhəri, Xətai rayonu, R. Quliyev 2b ünvanında yerləşən, fiziki şəxs Mirzağayev Ruslan Nazir oğluna məxsus “Bizim Məkan“ restoranı;
14. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küç., ev.38 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rəhim Afiyəddin oğluna məxsus kafe;
15. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr., ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "№1 Şaurma Kafe & Restoran" kafesi;
16. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 50 ünvanında yerləşən, fiziki şəxs Bağırov Teyfuq Beytulla oğluna məxsus "Come in" kafesi;
17. Bakı şəhəri, Xəzər rayonu, Binə savxoz yolunda yerləşən, fiziki şəxs Həsənli Emin Rasim oğluna məxsus kafe;
18. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Xırdalan dairəsində yerləşən, fiziki şəxs Abbasov Səfər Qəşəm oğluna məxsus Elsevən kafesi;
19. Bakı şəhəri, A. M. Cümə, ev.28 ünvanında yerləşən, fiziki şəxs Əsədov Elvin Elsəvər oğluna məxsus kafe;
20. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Ələkbərov Anar Fəxrəddin oğluna məxsus "Moon club" kafesi;
21. Salyan rayonu, X. Ulutürk küçəsində yerləşən, fiziki şəxs Hüseynov Mehman Asif oğluna məxsus çay evi;
22. Şirvan şəhəri, Xəqani küçəsində yerləşən, fiziki şəxs Abaszadə Mirmövsüm Seyidhüseyn oğluna məxsus restoran;
23. Gəncə şəhəri, Ş. İ. Xətai prospektində yerləşən, fiziki şəxs Həsənli Tahir Fəxrəddin oğluna məxsus kafe;
24. Kürdəmir rayonu, Bakı prospektində yerləşən, fiziki şəxs Qasımov İqdam Miri oğluna məxsus kafe;
25. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, fiziki şəxs Mirzəyev Rəqib Ağaməhəmməd oğluna məxsus çay evi;
26. Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qəhrəmanov Ceyhun Qubad oğluna məxsus kafe;
27. Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən, fiziki şəxs Rzayev Raqif Sabir oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş