AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
4 Mart 2021 17:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 3 mart 2021-ci il tarixində ölkə üzrə 357 ictimai iaşə obyektində 647 monitorinq keçirilib. Monitorinqlər zamanı 33 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlara bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi 47 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Mahir Akif oğluna məxsus çayxana;
2. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs., İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Əhmədxanov Rövşən Oktay oğluna məxsus “Xırdalan” kafesi;
3. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov, ev 29 m ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanov Tofiq Qalib oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani 5/7 ünvanında yerləşən, fiziki şəxs Zeynalov Anar Elyar oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 4B ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Malik Bəkir oğluna məxsus "Qədim Qəbələ" restoranı;
6. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən, fiziki şəxs Hidayət Ramil Yurik oğluna məxsus kafe;
7. Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 2 a ünvanında yerləşən, fiziki şəxs İmanov Aqil Qabil oğluna məxsus "Rio" pub;
8. Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küç., ev7 ünvanında yerləşən, fiziki şəxs Qədirzadə Nicat Bəxtiyar oğluna məxsus "Köz" dönər evi;
9. Bakı şəhəri, Yasamal rayonu, S. Əsgərova, ev 64 ünvanında yerləşən, fiziki şəxs Məcidli Rəhimə Əyyub qızına məxsus kafe;
10. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi ilə Bünyadzadə küçəsinin kəşməsində yerləşən, fiziki şəxs Manafov Ceyhun Mikayil oğluna məxsus kafe;
11. Bakı şəhəri, Səbail rayonu, Məmmədəmin Rəsulzadə, ev.2 ünvanında yerləşən, hüquqi şəxs “FBCO” MMC-yə məxsus kafe;
12. Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə, ev.1 ünvanında yerləşən, fiziki şəxs Rzayev Zamir Səfər oğluna məxsus “Turkish Street Food“ restoranı;
13. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev, ev.4 ünvanında yerləşən, fiziki şəxs Əbdülhüseynov Toğrul Bəhman oğluna məxsus "Cookshop" restoranı;
14. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Əbilova İlhamə Zəkəriyyə qızına məxsus kafe;
15. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Qurbanov Ceyhun Rauf oğluna məxsus çayxana;
16. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Həsənov Eldar Səfərəli oğluna məxsus çayxana;
17. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Hüseynli Rövşən Elxan oğluna məxsus kafe;
18. Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli, ev 128 n ünvanında yerləşən fiziki şəxs Əsədov Rafiq Ramiz oğluna məxsus restoran;
19. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi, ev 1 ünvanında yerləşən fiziki şəxs Zaxarova Ayidə Yaqub qızına məxsus "Alyanın mətbəxi" restoranı;
20. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun, ev 116, m 52 ünvanında yerləşən, fiziki şəxs Əliyev Zaur Sabir oğluna məxsus kafe;
21. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsində yerləşən, hüquqi şəxs "Təmir-Tikinti" MMC-yə məxsus "Paradise" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
22. Sumqayıt şəhəri, H. Z. Tağıyev, S. Vurğun və S. Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Ələsgərov Elşad Qüdrətli oğluna məxsus "Bulaq" çay evi;
23. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən, fiziki şəxs Əliyev Bakir Şakir oğluna məxsus "949" kafesi;
24. Yevlax şəhəri, Xanabad (Yevlax) ünvanında yerləşən, fiziki şəxs Əliyev Qismət Muxtar oğluna məxsus kafe;
25. Bərdə rayonu H. Əliyev prospektində yerləşən, fiziki şəxs İsgəndərov Azər Rasim oğluna məxsus kafe;
26. Gəncə şəhəri, Ə. Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Quliyev Şöhrət Fərrux oğluna məxsus kafe;
27. Oğuz rayonu, Bucaq (Oğuz) kəndində yerləşən, fiziki şəxs Səmədov Gündüz İbad oğluna məxsus kafe;
28. Qəbələ rayonu H. Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Vüqar Şahin oğluna məxsus "Assarti" restoranı;
29. Salyan rayonu, Ələt Astara magistralının 134 km ünvanında yerləşən, fiziki şəxs Hacıyev Gəncəli Hacı oğluna məxsus kafe;
30. Ağstafa rayonu, Rafiq Alacanov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Mehman Hüseyn oğluna məxsus kafe;
31. Şamaxı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Babayev Saleh Müşfiq oğluna məxsus kafe;
32. Göyçay rayonu, Mirzəhüseynli qəsəbəsində yerləşən, fiziki şəxs Yusifov Neman Şahlar oğluna məxsus kafe;
33. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Kərimli Səlim İbrahim oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş