AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
5 Mart 2021 16:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 4 mart 2021-ci il tarixində ölkə üzrə 407 ictimai iaşə obyektində 708 monitorinq keçirilib. Monitorinqlər zamanı 47 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, ev 37B 3243 ünvanında yerləşən, hüquqi şəxs "Qədim Qəbələ 2010" MMC-yə məxsus "Qədim Qəbələ" restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 45 ünvanında yerləşən, fiziki şəxs Ağazadə Nurlan İlqar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Xırdalan dairəsində yerləşən, fiziki şəxs Ağayev Aydın Ağalar oğluna məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 9, ev 1 ünvanında yerləşən, fiziki şəxs Həsənov Sərvaz Heydər oğluna məxsus kafe;
5. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Qarayev Ramin Vaqif oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun və M. Əliyev küçələrinin kəsişməsində yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus "Özsüt Qış Parkı" restoranı;
7. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm 11 ünvanında yerləşən, fiziki şəxs Qüdrətzadə İmran Ziyafət oğluna məxsus "50 qəpik" çay evi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 47 ünvanında yerləşən, fiziki şəxs Vüsal Rzayev Əlican oğluna məxsus "Bal" dönər evi;
9. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 31 ünvanında yerləşən, fiziki şəxs Viktoriya Slojenitsina Aleksandrovnaya məxsus "Bliss" restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 204 ünvanında yerləşən, fiziki şəxs Aydın Sadıxov Nəsib oğluna məxsus "Primier Club" restoranı;
11. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza, ev 27, m5 ünvanında yerləşən, hüquqi şəxs "Central Baku" MMC-yə məxsus restoran;
12. Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev pr., ev 103 ünvanında yerləşən, fiziki şəxs Baxşəliyev Bəhruz Baloğlan oğluna məxsus kafe;
13. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev.3F ünvanında yerləşən, fiziki şəxs Cəfərov Asif Əlixan oğluna məxsus dönər evi;
14. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən, hüquqi şəxs “Karvan Trading” MMC-yə məxsus "Paxlava" çay evi;
15. Bakı şəhəri, Yasamal rayonu, B. Vahabzadə küçəsi, ev 14c ünvanında yerləşən, fiziki şəxs Rəfiyev Nurlan Raqib oğluna məxsus kafe;
16. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 66 ünvanında yerləşən, fiziki şəxs Əliyev Qəhraman Qardaşəli oğluna məxsus kafe;
17. Bakı şəhəri, Suraxanı rayonu, İ. Əhlimanov, ev 6 ünvanında yerləşən, fiziki şəxs Əsədov Məmməd Əli oğluna məxsus "Tumurcuq" kafesi;
18. Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov 33 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Zakir İsa oğluna məxsus kafe;
19. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, B. Bünyadov 510 ünvanında yerləşən, hüquqi şəxs "İssi" MMC-yə məxsus kafe;
20. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., 28 May küçəsində yerləşən, fiziki şəxs Abdullayev Paşa Rauf oğluna məxsus kafe;
21. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Baba Əliyev küçəsində yerləşən, fiziki şəxs Cəlilov Eldar Elmar oğluna məxsus kafe;
22. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Rövşən oğluna məxsus kafe;
23. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Sədərək T/M, zona 3, sıra 5 ünvanında yerləşən, fiziki şəxs Əliyev Telman Musa oğluna məxsus "Arpaçay" kafesi;
24. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, sol tərəfində yerləşən, fiziki şəxs Kərimov İlham Oqtay oğluna məxsus “Dopu” kafesi;
25. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Qılıncxanov Rəhman Burzu oğluna məxsus "Xəzər" kafesi;
26. Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov, ev 70f ünvanında yerləşən, fiziki şəxs Tağızadə Hümbət Üzeyir oğluna məxsus restoran;
27. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, DSK yolunda yerləşən, Ağayev Azər Əhmədağa oğluna məxsus kafe;
28. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr. 144 ünvanında yerləşən, fiziki şəxs Mirəliyev Xaliq Cəlal oğluna məxsus çay evi;
29. Bakı şəhəri, Xətai rayonu, M. Hadi 251 ünvanında yerləşən, fiziki şəxs Naib Həsənov Telman oğluna məxsus “Tbilisi 333-Ailəvi Restoran” restoranı;
30. Bakı şəhəri, Xətai rayonu, M. Hadi 376E ünvanında yerləşən, hüquqi şəxs "GFC MMC"-yə məxsus "KFC" restoranı;
31. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev, ev 2439, məh. 40a ünvanında yerləşən, fiziki şəxs Marina Əliyeva Vladimirovna qızına məxsus kafe;
32. Bakı şəhəri, Yasamal rayonu, S. Vurğun 9, m 10 ünvanında yerləşən, fiziki şəxs Ayaz Osmanov Camal oğluna məxsus “Barısta&Chef” restoranı;
33. Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən, fiziki şəxs Dadaşov Cahangir Cavanşir oğluna məxsus "Berlin" dönər evi;
34. Abşeron rayonu, Masazır kəndində yerləşən, fiziki şəxs Süleymanov Tofiq İbrahim oğluna məxsus "Rəvan lounge" kafesi;
35. Ağsu rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Ərəstun Mürsəlov Abduləli oğluna məxsus “Ümüd” çay evi;
36. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Quliyev Ələmdar Rəcəbalı oğluna məxsus kafe;
37. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Həmidova Nərmin Xudaverdi qızına məxsus kafe;
38. Saatlı rayonu, H, Əliyev prospektində yerləşən, fiziki şəxs Əzizov Xəyal Ərəstun oğluna məxsus yeməkxana;
39. Saatlı rayonu, Bakı-Horadiz magistralında yerləşən, fiziki şəxs Cəfərov Fizuli Ağakərim oğluna məxsus kafe;
40. Balakən rayonu, S. Gözəlov küçəsində yerləşən, fiziki şəxs Xəmmədov Dibir Əsəbəli oğluna məxsus kafe;
41. Zərdab rayonu, Çallı kəndində yerləşən, fiziki şəxs Məhəmmədəli Əhmədov Məmmədsalah oğluna məxsus “Şeş-beş” kafesi;
42. Masallı rayonu, Qızılavar kəndində yerləşən, fiziki şəxs Sadıxov Emin Həsənağa oğluna məxsus çay evi;
43. Yevlax şəhəri, Gülövşə kəndində yerləşən, fiziki şəxs Ağasıyev Araz Elbrus oğluna məxsus kafe;
44. Qazax rayonu, Daş Salahlı kəndində yerləşən, fiziki şəxs Mancanova Hürü Ziyada qızına məxsus yeməkxana;
45. Gəncə şəhəri, Xuluflu 131 ünvanında yerləşən, fiziki şəxs Səfərov Orxan Nizami oğluna məxsus kafe;
46. Samux rayonu, Sərkar kəndində yerləşən, fiziki şəxsTağıyev Tofiq Seyfəddin oğluna məxsus kafe;
47. Bakı şəhəri, Məmməd Araz 95 ünvanında yerləşən, fiziki şəxs Faiq Hacıyev Sahib oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 16-20 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə Abdullazadə Abdulla Qorxmaz oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 10 İnzibati protokol tərtib edilib Eyvazov Ariz Kərəm oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Allahverdiyev Nicat Mehdi oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Quliyev İmran Cavid oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Heydərov Ramil İmran oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 19 İnzibati protokol tərtib edilib Abdullayev Yasin Hüseyn oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Asiman Nadir oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivi İnzibati protokol tərtib edilib Nəzərov Məzahir Sahib oğlu Suraxanı rayonu, İ.Musayev küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Hüseyn Kərim oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İnzibati protokol tərtib edilib Namazov Tuncay Abuzər oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 2 İnzibati protokol tərtib edilib Fərzəliyev Bəxtiyar Volodiya oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib İbrahimov Sədrəddin İbrahim oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Pənəliyev Təbriz Novruz oğlu Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Əliyev Sevindik Mehman oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi İnzibati protokol tərtib edilib Zərbəliyev Kərim Məhbub oğlu Xətai rayonu, Cavanşir küçəsi 44 İnzibati protokol tərtib edilib Abşeron rayonu üzrə Babakişiyev Əli Oruc oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib Məmmədli Rəhim İlqar oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib
Xırdalanda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.
İstehlaka yararsız ət və subməhsullarının satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb. Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.