AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
10 Mart 2021 16:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 09 mart 2021-ci il tarixində ölkə üzrə 338 ictimai iaşə obyektində 581 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Kiçik qala 15 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Qəbələ” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski 121 ünvanında yerləşən, fiziki şəxs Demirtaş Talata məxsus kafe;
3. Bakı şəhəri, Xətai rayonu, M.Hadi ev.76 ünvanında yerləşən, Nurəddin Behbudov İbiş oğluna məxsus Dənizçi kafe;
4. Bakı şəhəri, Xətai rayonu 2944-cü küç. ev.4m blok 1 ünvanında yerləşən, fiziki şəxs Manaf Heydərov Teymur oğluna məxsus çayxana;
5. Bakı şəhəri, Suraxanı rayonu, İlqar Əhlimanov ünvanında yerləşən, fiziki şəxs Məhəmməd Cəlilov Yasin oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Məhsəti küç 51 ünvanında yerləşən, fiziki şəxs Əliyev Tuncay Səməd oğluna məxsus “Provan” pub;
7. Bakı şəhəri, Yasamal rayonu, Ağayev ev 547-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Kərimov Şahin Saleh oğluna məxsus kafe;
8. Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov ev1188 ünvanında yerləşən, fiziki şəxs Qurbanov İbrahim İlham oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən, fiziki şəxs Əsgərov Qoşqar Vidadi oğluna məxsus “Tamlı” kafe;
10. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küç. ev120 ünvanında yerləşən, fiziki şəxs Tərlan Cəfərov Rauf oğluna məxsus “045 Club”
11. Bakı şəhəri, Nəsimi rayonu, Zabitlər parkında yerləşən, fiziki şəxs Muxtar Xəlilov Abdulla oğluna məxsus “Qəbələ xanlar“ kafe;
12. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 5 ünvanında yerləşən, fiziki şəxs Vüsal Əskərov Mirtahir Oğluna məxsus çayxana;
13. Bakı şəhəri, Binəqədi rayonu, Xəndan 52 C ünvanında yerləşən, fiziki şəxsElməddin Kərimov Ələddin oğluna məxsus “Zirinc” restoranı;
14. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk Ev.41/47, 1-ci Mərtəbə, Qeyri Yaşayış Sahəsi M.- ünvanında yerləşən, fiziki şəxsAğazadə Rövşən Zahir oğluna məxsus kafe;
15. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ştq, Ev "Sədərək" TM, Şıxov girişinin sağ tərəfində yerləşən, hüquqi şəxs "Sədərək" Firmasına məxsus “Murad Hotel” tərkibində fəaliyyət göstərən restoran;
16. Şirvan şəhəri, G.Şıxbala küçəsində yerləşən, fiziki şəxs Qurbanov Rövşən Məcid oğluna məxsus çay evi;
17. Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs Əliyev Fazil Əfqan oğluna məxsus kafe;
18. Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində yerləşən, fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus kafe;
19. Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən, fiziki şəxs Abbasov Anar Qəmbər oğluna məxsus kafe;
20. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən, fiziki şəxs Həsənov Elmar Aslan oğluna məxsus kafe;
21. Şamaxı rayonu, Əzizbəyov Ev.D 1 Ev 4 m. ünvanında yerləşən, fiziki şəxs Maqsudov İlham Yusif oğluna məxsus “Kafe Delfin”;
22. Göyçay rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Salmanov Feyzi Alik oğluna məxsus kafe;
23. Ucar rayonu, Oğuz küçəsində yerləşən, fiziki şəxs Şamxal İsmayılov Tahir oğluna məxsus "Dostlar " kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş