AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
13 Mart 2021 14:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 12 mart 2021-ci il tarixində ölkə üzrə 359 ictimai iaşə obyektində 628 monitorinq keçirilib. Monitorinqlər zamanı 33 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev ev 70 ünvanında yerləşən, fiziki şəxs Abdullayev İlham Dursun oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Səlimova Oksana Eduard qızına məxsus restoran;
3. Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Zaur Veysəl oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Dərnəgül qəsəbəsi 3105 ünvanında yerləşən, fiziki şəxs Dadaşova Çiçək Əlisa qızına məxsus kafe;
5. Bakı şəhəri, Suraxanı rayonu, Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Məmmədov İlyas Kamal oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev ev1131 ünvanında yerləşən, fiziki şəxs Mehmet Ali Olmac oğluna məxsus “Tarık Usta” restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç.ev21 ünvanında yerləşən, fiziki şəxs Salahov Rafiq Sabir oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva ev 251 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Sərvər oğluna məxsus restoran;
9. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi, DYP yanında yerləşən, fiziki şəxs İbrahimov Kamal Vaqif oğluna məxsus kafe
10. Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov ev 3 ünvanında yerləşən fiziki şəxs Feyzullayeva Roza Əliağa qızına məxsus “Grace Terrace” restoran
11. Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov ev 3 ünvanında yerləşən, fiziki şəxs Muradov Ayaz Azad oğluna məxsus restoran;
12. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 593 ünvanında yerləşən, fiziki şəxs Həsənov İlham Sətdar oğluna məxsus “Mizuri” restoran;
13. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən fiziki şəxs Darxor Fidan Asif qızına məxsus kafe;
14. Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 64a ünvanında yerləşən hüquqi şəxs “NM Group LLC” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Kings Baku” restoranı;
15. Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 25 e ünvanında yerləşən, fiziki şəxs Məmmədov Teymur Qabil oğluna məxsus “Monte Napoleone” restoranı;
16. Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ev 25 ünvanında yerləşən, fizki şəxs Məmmədov Müşviq Elman oğluna məxsus kafe;
17. Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ev17a ünvanında yerləşən, hüquqi şəxs “Əjdaha“ MMC-yə məxsus Əjdaha dönər evi;
18. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən, hüquqi şəxs “Arifli“ MMC-yə məxsus “Chilaibaku“ restoran;
19. Bakı şəhəri, Xətai rayonu, M.Hadi ev.51A ünvanında yerləşən, fiziki şəxs Isgəndərov Bəxtiyar İsgəndər oğluna məxsus kafe;
20. Bakı şəhəri, Sabunçu rayonu, L. Məmmədbəyova 11 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Behbud Telman oğluna məxsus kafe;
21. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç. ev.67 ünvanında yerləşən, fiziki şəxs Gözəl Ş. İsmayılovaya məxsus kafe;
22. Bakı şəhəri, Nəsimi rayonu, 20Yanvar 2/51m ünvanında yerləşən, fiziki şəxs Qarayev Rəşad Maarif oğluna məxsus kafe;
23. Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən, fiziki şəxs Bayramov Samir Kinyaz oğluna məxsus kafe;
24. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 249 E ünvanında yerləşən, fiziki şəxs Məmmədova Həqiqət Müzəffər qızına məxsus “Taksim kebab“ restoranı ;
25. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 13 D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus “Göyəzən“ kafesi;
26. Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəs. Xocasən yolu sol hissəsində yerləşən fiziki şəxs Nağıyev Zəka Nağı oğluna məxsus kafe;
27. Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən, fiziki şəxs Mabudov Nicat Valeh oğluna məxsus "Hicaz" dönər evi;
28. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Hüseynov Emil Nəriman oğluna məxsus "Çinar" kafe;
29. Bakı şəhəri, Nəsimi rayonu, Əliyev 9 C ünvanında yerləşən, hüquqi şəxs "Smart Hotel Consulting And Management" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “New Baku Otel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
30. Gəncə şəhəri, Yeni gəncə qəsəbəsi 20A ünvanında yerləşən, fiziki şəxs Abbasov Arzu Fərrux oğluna məxsus çay evi;
31. Şirvan şəhəri, 1May küçəsində yerləşən, fiziki şəxs Hacıyev Aqil Safa oğluna məxsus restoran;
32. Şirvan şəhəri, Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Mütəllimov Əsgər Əsgər oğluna məxsus dönər evi;
33. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Mirzəliyev Nadir Ədil oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb – VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
“Qala Qəbələ” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub. Bundan əlavə, müəssisədə zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı və təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb. AQTA tərəfindən qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir.
Giriş