AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
22 Mart 2021 12:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 21 mart 2021-ci il tarixində ölkə üzrə 255 ictimai iaşə obyektində 433 monitorinq keçirilib. Monitorinqlər zamanı 18 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs İsmayılov Rəfail Fikrət oğluna məxsus “Xan” kafesi;
2. Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən, fiziki şəxs Heybətov Təbriz Sədrəddin oğluna məxsus "Papaq" çay evi;
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs Qədirov Fəxrəddin Mehbala oğluna məxsus “Xəyal” kafesi;
4. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, keçid A ünvanında yerləşən, fiziki şəxs Əbdülov Pərviz Azay oğluna məxsus “Xari Bül-Bül” çay evi;
5. Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayilov küçəsi 48 saylı binanın yaxınlığında yerləşən, fiziki şəxs Yusif Cəfərov Bəxtiyar oğluna məxsus “Korsar” restoranı;
6. Bakı şəhəri, Xətai rayonu, Heydərli Tağızadə ev 19 ünvanında yerləşən, fiziki şəxs Abdiyeva Minayə Yaqub qızına məxsus kafe;
7. Bakı şəhəri, Xətai rayonu, Ə. Axundov küçəsi ev 38 m. 1 ünvanında yerləşən, fiziki şəxs Həşimov Nicata məxsus çay evi;
8. Bakı şəhəri, Xətai rayonu, M. Mehdizadə küçəsi ev 54 ünvanında yerləşən, fiziki şəxs Sərdarov Ziyada məxsus kafe;
9. Bakı şəhəri, Səbail Rayonu Bibi heybət ŞTQ, Namiq Quliyev ev 62C ünvanında yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus "Şəfa" restoranı;
10. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarli küçəsi ev 40 ünvanında yerləşən, hüquqi şəxs "FBCO" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Gloria Jean’s” kafesi;
11. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov ev 6, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Mehrabova Mənsurə Vilad qızına məxsus “Dominard” restoranı;
12. Bakı şəhəri, Nizami rayonu Məmmədəli Şərifli ev 5A ünvanında yerləşən, fiziki şəxs Niftullayev Şəmsəddin Məmmədəli oğluna məxus kafe;
13. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 72 m. ünvanında yerləşən, fiziki şəxs Nağıyev Elşən Akif oğluna məxsus “Sim-Sim” kafesi;
14. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev 28B, 758-ci məhəllədə yerləşən, fiziki şəxs Əliyev Heydər Məhəmmədəli oğluna məxsus “Mixək” çay evi;
15. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Hümbətov Nazim Nazir oğluna məxsus kafe:
16. Şəki şəhəri, Baş Zəyzid kəndində yerləşən, fiziki şəxs Balənmədov Emin Hidayət oğluna məxsus çay evi;
17. Şəki şəhəri, Baş Zəyzid kəndində yerləşən, fiziki şəxs Xəlilov Məmmədəli Niymət oğluna məxsus dönər evi;
18. Goranboy rayonu, Nizami Baki-Gəncə Şossesi (Dəliməmmədli Ərazisi) ünvanında yerləşən, fiziki şəxs Müşfiqli Həsən Tamerlan oğluna məxsus “Kosmos" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş